Çərşənbə axşamı , Aprel 29 2025
azfa

Urmiya gölünün suyunun kəskin azalması Ruhaninin yalan dediyini bir daha sübut etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin prezidenti Ruhani bir neçə ay əvvəl yalandan iddiqa etmişdir ki, Urmiya gölünü bərpa ediblər. Lakin gölün suyunun kəskin azalması Ruhaninin yalan dediyini bir daha sübut etdi.

Gölün Bərpası Qərargahının Qərbi Azərbaycan vilayəti üzrə ofisinin rəisi Fərhad Sərxoş hazırda su səviyyəsinin 1271.60 metrə düşdüyünü deyib.

Sərxoş mətbuata verdiyi açıqlamada temperaturun qalxması və suyun buxarlanması nəticəsində göldəki su səviyyəsinin keçən il ilə müqayisədə azaldığını bildirib.

Belə ki, gölün hazırkı su səviyyəsi uzunmüddətli orta səviyyə yəni ötən 40 il ilə müqayisədə 3 metr azalma göstərir.

Sərxoşun sözlərinə görə, Urmiya gölündə suyun həcmi 4 milyard kubmetrə çatıb. Bu rəqəm, ötən ilin oxşar dövrü ilə müqayisədə 24 milyon kubmetr, uzunmüddətli həcmlə müqayisədə isə 12 milyard kubmetr azalıb.

Həmçinin yoxlayın

Muğanda azərbaycanlı ailə öz övladına “Güntay” adına doğum şəhadətnaməsi ala bilmir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində azərbaycanlı ailə öz pvladına “Güntay” adına doğum şəhadətnaməsi ala bilmir. …

Molla rerjimin həbs etdiyi azərbaycanlı fəal Kərim İsmailzadənin həyatı təhlükədədir

GADTB: irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəal Kərim İsmailzadənin həyatı təhlükədədir. Azərbaycanın tanınmış hüquqşünas …

Bir cavab yazın