Çərşənbə axşamı , May 19 2026
azfa

Urmiya gölünün suyunun səviyyəsi və həcmi daha da azaldı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimi Azərbaycan türk millətinin etirazlarından sonra Urmiya gölünün bərpasına və qurudulmağının qarşısını almağa söz versə də, öz sözünə əməl etmir və göl hər il daha artıq quruyur. Buna rejimin rəsmi şəxsləri də etiraf edir.

Urmiya Gölünün Bərpa Qərargahının sədri Fərhad Sərxoş gölün suyunun keçən ilin eyni dövrü ilə müqayisədə azaldığını qeyd edib.

Sərxoş deyib:Gölün su tarazı keçən ilin oxşar dövrü ilə müqayisədə 13 sm azalıb. O əmçinin qeyd edib ki, gölün sahəsi 2437.11-dən 2288.33-ə enib.

Sərxoşun dediyinə görə göldə suyun həcmi 220 milyon kubmetr azalaraq, 2 milyard 10 milyon kubmetrə çatıb.

Həmçinin yoxlayın

İranın səbəb olduğu neft fəlakəti Xargdan Küveytədək körfəzdə dəniz canlılarını məhv edir

GADTB: Neft sızmaları və geniş yayılmış çirklənmə artıq İran sularını aşaraq, sosial şəbəkələrdə yayılan görüntülərə …

Ərəb ölkələri Təhlükəsizlik Şurasında Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı yeni qətnamə irəli sürür

GADTB: Körfəz ölkələri son hadisələr fonunda Hörmüz boğazında gəmiçilik azadlığı ilə bağlı qətnamə layihəsini Birləşmiş …

Bir cavab yazın