Cümə axşamı , İyun 25 2026
azfa

Urmiya gölünün və onun 400 kilometr uzunluğunda duz tozunun quruması ilə bağlı xəbərdarlıq: “Təbrizi boşaltmalıyıq”

GADTB: İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının keçmiş rəhbəri İsa Kələntəri ölkənin şimal-qərbində Urmiya gölünün qurumasının sosial və iqtisadi nəticələri barədə növbəti dəfə xəbərdarlıq edib və bildirib ki, göl quruyarsa Təbriz və ətraf şəhərlərdən 4 milyon insan təxliyə edilməlidir.

Kələntəri Urmiya gölünün quruyacağı halda yaranan duz tozunun 400 kilometrə qədər uzanacağını bildirib: Urmiya gölü quruyarsa Təbrizlilər zamanla bu şəhəri boşaltmalıdırlar”

Qeyd edək ki, ekspertlər ötən ilin avqustunda Urmiya gölünün səthinin 95%-nin quruması ilə bağlı xəbərdarlıq edib.

Urmiya gölü İranda məhv edilən yeganə ekosistem deyil və ekspertlər, Ətraf Mühit Təşkilatının rəsmiləri ölkə boyu bataqlıqların quruması ilə bağlı da xəbərdarlıq ediblər.

Həmçinin yoxlayın

Türkiyə iyul ayında NATO liderlərinin sammitinə ev sahibliyi edəcək

GADTB: NATOnın 36-cı liderlər sammiti 7–8 iyul tarixlərində Türkiyəndə keçiriləcək. Sammitdə NATO-ya üzv olan 32 …

SEPAH bildirir ki, Oman tərəfindən təklif olunan marşrut qəbuledilməz və təhlükəlidir

GADTB: İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidi yalnız İranın …