Çərşənbə axşamı , May 19 2026
azfa

Urmiyada Azərbaycanın tarixi karvansarayı rejimin ayrıseçkilik siyasətinin qurbanı olur-video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərində Azərbaycanın tarixi karvansarayı irqçi fars rejiminin ayrıseçkilik siyasəti nəticəsində uçub-dağılmaqdadır.

Qacar dövrünə aid olan bu tarixi karvansaray Urmiyada neft şirkətinin anbarının arxasında Urmiyanın 7 darvazasından biri olan Balov darvazasından 1oo m məsafədə yerləşir. Tarixi və turist cazibəsinə malik olan karvansaray bərpa edilib əhalinin və turistlərin istifadəsinə verilməlidir.

Qeyd edək ki, tarixi karvansaray 16 mart 2002-ci ildə 5071 nömrəsi ilə qeydiyyata alınıb. Lakin bu tarixi əsərin qeydiyyata alınmasına baxmayaraq bərpa edilib mühafizə edilmir. Bu karvansaray Neft Şirkətinin ərazisi yaxınlığında yerləşdiyi üçün Neft Şirkəti Karvansarayı kimi də məşhurlaşıb.

Həmçinin yoxlayın

İran ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını təhlil edib və mümkün zərbəyə hazırlaşır

GADTB: “The New York Times” ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranın hərbi komandanlığı Vaşinqtonun …

Təxminən 3 min yük maşını 20 gündən çoxdur Türkiyə sərhəddində çıxış növbəsində qalıb

GADTB: Hazırda təxminən 3 min yük maşınının 20 gündən artıqdır ölkədən çıxış üçün sərhəd keçid …

Bir cavab yazın