Çərşənbə axşamı , May 26 2026
azfa

Urmiyada türk fəallar Rəhman Qasimi və Sasan Fəramərzi saxlanılıb

GADTB-nin Mətbuat Mərkəzinin “Mikrofonnews” saytına istinadən yaydığı məlumata görə, çərşənbə günü noyabr ayının 15-də İran adlanan ölkənin təhlükəsizlik qüvvələri azərbaycanlı milli-mədəni fəallar Rəhman Qasimi və Sasan Fəramərzini yaxalayaraq, naməlum istiqamətə aparıblar. Hələlik fəalların necə və nə səbəbə görə yaxalandığı barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, Rəhman Qasimi dəfələrlə İran rejiminin əmniyyət qüvvələri tərəfindən yaxalanan tanınmış azərbaycanlı milli-mədəni fəal Ulduz Qasiminin qardaşıdır. Sasan Fəramərzi isə azərbaycanlı milli-mədəni fəallardandır. Hər iki türk fəal son illərdə Azərbaycan Milli Hərəkatının etiraz aksiyaları və müxtəlif mərasimlərində fəal iştirak ediblər.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …