Uyğur türklərindən himayə məqsədilə Ağ evin saytında imza kampaniyasına başlanıldı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, uyğur türklərindən himayə məqsədilə Ağ evin saytında imza kampaniyası başlanıldı.

Beynəlxalq təşkilatların hesabatında qeyd edilir ki, Çin dövləti qeyri-insani üsullarla təxminən 3 milyon etnik qırğız, qazax, uyğur və özbək türklərini Şərqi Türküstanda heç bir dəlil və sübut gətirmədən ekstrimizmdə günahlandıraraq, icbarı düşərgələrdə əsir saxlayır.

İmza kampaniyasında BMT-dən tələb edilir ki, Çinin silah və casusluq-izləmə cihazlarına sanksiya tətbiq edilsin və Şərqi Türküstan Muxtar Vilayəti Çin tərəfindən işğal edilmiş ərazi kimi tanınsın.

Şərqi Türküstanda əsir alınmış türklərin hüquqları uğrunda kampaniyanın imza edilməsi tövsiyə edilir.

İmza kampaniyasına qoşulmaq üçün aşağıdakı linkə müraciət edə bilərsiniz:

İmza kampaniyası

Həmçinin yoxlayın

Vahid Əbhərinin müvəqqəti azadlığa buraxılması üçün girov yeni ittihamla ağırlaşdırılıb

GADTB: Azərbaycanlı milli-siyasi fəal Vahid Əbhəriyə qarşı Təbriz Ümumi və İnqilab Prokurorluğunun 3-cü istintaq şöbəsində …

Molla rejimi Hörmüz boğazına nəzarəti saxlamaq üçün sığorta məsələsini gündəmə gətirir

GADTB: İrqçi fars-molla rejimi Hörmüz boğazına nəzarəti saxlamaq üçün sığorta məsələsini gündəmə gətirir. Bu məqsədlə …

Bir cavab yazın