Çərşənbə axşamı , May 19 2026
azfa

Vaxtdır, Güney Azərbaycan İranın tərkibindən çıxmalıdır – Video

GADTB: İran üçün avqust tarixən ən isti aydır. Gün ərzində temperatur 30 dərəcədən aşağı düşmür, amansız Günəşdən yerə “od yağır”, havanı daha da qızdırır, yüksək rütubət isə acınacaqlı vəziyyəti daha da ağırlaşdırır.

Belə isti günlərin birində Günəşdə kifayət qədər istilənmiş İranın keçmiş xarici işlər nazirinin müavini, səfir və nüvə sazişi üzrə danışıqların iştirakçısı (hansı ki atom, uran və müxtəlif kimyəvi buxarlarla yaxın təmasdan beyin fəaliyyəti mənfi təsir alıb) Əbülfəzl Zühtəvənd Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla gözlənilən görüşü barədə mediada oxuduqdan sonra dəhşət içində ağlının və adekvatlığının qalıqları ilə vidalaşdı. Amma səhrada gəzən bədbəxtlərdən fərqli olaraq, o, vahə görmədi: Zühtəvəndin qızmış təxəyyülü onun gözləri qarşısında guya Azərbaycanın təşkil etmək niyyətində olduğu “İran raqnarök”ünü canlandırmağa başladı.

Bu barədə həftəlik müstəqil rusdilli “Caliber” hərbi-analitik internet layihəsinin növbəti buraxılışında deyilir.

Müəlliflərin sözlərinə görə, Zəngəzur dəhlizinin açılışının yaxın günlərdə olacağı və bunun, şübhəsiz ki, Azərbaycan və Ermənistan liderlərinin görüşü çərçivəsində müzakirə obyektinə çevriləcəyini başa düşməsi İran rəsmisini çox qorxudub (onun isterik sərsəmləməsi Türkiyə mediasında geniş dərc olundu). Xameneinin yaxın adamı Azərbaycana qarşı izaholunmaz nifrətini (həm onun dini lideri, həm də İİR-in qalan “yuxarıları”nın bölüşdüyü nifrəti) gizlətməyə belə cəhd etmədi.

Ətraflı “Caliber”in növbəti süjetində:

Həmçinin yoxlayın

İranın səbəb olduğu neft fəlakəti Xargdan Küveytədək körfəzdə dəniz canlılarını məhv edir

GADTB: Neft sızmaları və geniş yayılmış çirklənmə artıq İran sularını aşaraq, sosial şəbəkələrdə yayılan görüntülərə …

Ərəb ölkələri Təhlükəsizlik Şurasında Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı yeni qətnamə irəli sürür

GADTB: Körfəz ölkələri son hadisələr fonunda Hörmüz boğazında gəmiçilik azadlığı ilə bağlı qətnamə layihəsini Birləşmiş …