Çərşənbə axşamı , May 26 2026
azfa

Xəzərin hüquqi status ilə bağlı gələn ay görüş olacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbulu ilə bağlı Qazaxıstanda keçiriləcək sammitin tarixi bu ölkə tərəfindən irəli sürülməli, tarix digər Xəzəryanı ölkələrlə razılaşdırılmalıdır”. Bunu xarici işlər nazirinin müavini, Xəzərin hüquq statusuna dair işçi qrupunun üzvü Xələf Xələfov deyib.

“Əvvəl düşünülürdü ki, sammit ilin birinci yarısında keçirilsin. Lakin hər şey Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən asılıdır. Çünki sammiti qəbul edən tərəf onlardır.

Razılaşdırılmış konvensiya layihəsinin ingilis dilində mətni və digər mətnlər üzrə texniki işləri başa çatdırmalıyıq. Buna görə işçi qrupunun görüşü olacaq. Ola bilsin ki, bu görüş fevralda keçirilsin”, – deyə X. Xələfov qeyd edib.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …

Bir cavab yazın