Bazar , Oktyabr 25 2026
azfa

Xəzəri hərbiləşdirməyə çalışan Rusiya Xəzərdə hərbi təlim keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xəzəri hərbiləşdirməyə çalışan Rusiyanın Xəzər donanması təlim keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin Mətbuat Xidməti nəlumat yayıb.

Təlimdə “Dağıstan” və “Tatarıstan” hərbi gəmiləri Kalibr-NK raketləri ilə şərti düşmənə zərbə endiriblər.

Gəmilər raketlərlə 180 kilometr məsafədə yerləşən sahilyanı hədəfləri vurublar.

Ümumilikdə Xəzər donanmasının təliminə 7000 hərbçi və 2500 texnika cəlb edilib. Bunlardan 20-si təyyarə, 60-ı vertolyot olub.

Həmçinin yoxlayın

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məcburi etiraf və SEPAH-ın kameraları qarşısında çıxış etmək üçün təzyiqlərə məruz qalır

GADTB: Sina Yusifinin yazdığına görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məktubunda özünə və …

Bir cavab yazın