Cümə , Aprel 26 2024
azfa

Xəzərin statusu ilə bağlı məsələdə İranın mövqeyində kəskin dəyişmə olub

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Xəzərin statusu ilə bağlı məsələdə İranın mövqeyində kəskin dəyişmə olub. Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Xəzərin statusu ilə bağlı 2018-ci ildə yeni konvensiyanın imzalanıb-imzalanmayacağı ilə bağlı məsələyə münasibət bildirərkən deyib. O bildirib ki, Xəzər dənizinin statusu ilə bağlı bütün mübahisəli məsələlər artıq aradan qaldırılıb:

“Burada əsas iki məsələ var idi ki, onlardan birincisi Xəzərin dibinin bölünməsi, ikincisi isə tranzit boruların keçirilməsi perspektivləri ilə bağlı ölkələr arasında olan fikir ayrılığı idi. Xəzərin dibinin bölünməsi ilə bağlı məsələdə İranın mövqeyi fərqli idi. İran Xəzərin dibinin 5 eyni hissəyə bölünməsini təklif edirdi. Belə olduğu halda hər ölkəyə Xəzərin 20%-i düşürdü. Azərbaycan, Qazaxıstan və Rusiya isə bölünmənin mərkəzləşmiş xətt üzrə aparılmalı olduğunu bildirirdilər. Bu da Xəzərin ortasından gedən orta xəttin müəyyən olunmalı olduğu anlamına gəlir. Bütün hallarda bu bizim mövqeyimizə uyğun olan yanaşmadır. Bunun reallaşması Xəzər dənizinin təbii resurslarının işlənməsinə və digər ölkələrlə əməkdaşlığın artırılmasına şərait yaradacaq”.

Politoloqun sözlərinə görə, Rusiya və İran iddia edirdi ki, 5 ölkə razılığa gəlməsə, tranzit boruların Xəzərin dibi ilə çəkilməsi mümkün olmayacaq:

“Bu məsələdə isə Azərbaycan və Türkmənistanın mövqeyi fərqli idi. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu borular digər ölkələrin sərhədlərindən kənar keçirsə və yaxud da burada iki ölkə söz sahibidirsə, onda digər ölkələrdən razılıq almağa ehtiyac yoxdur. Azərbaycanın mövqeyi son nəticə olaraq əsas kimi götürüldü. Məsələn, artıq Transxəzər boru kəmərinin çəkilməsi üçün ancaq Türkmənistandan razılıq almaq kifayət edəcək”.

Qeyd edək ki, bir müddət öncə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Xəzər dənizinin bölgü prinsipinin artıq razılaşdırıldığını demişdi.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın