Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

ABŞ Türkiyəyə qarşı terrorçu kürdlərdən ibarət 100 minlik terrorçu qoşun yaradır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, PKK terror qruplaşmasının liderlərindən biri olan Siyabənd Vəlad deyib ki, ABŞ onlara göstəriş verib Türkiyəyə qarşı ordu yaratsınlar. O ABŞ-a istinadən deyib: Türkiyə sərhədi boyunca 100 min nəfərdən ibarət ordu yaradın, bütün gücümüzlə yanınızdayıq.

Vəlad bu barədə ABŞ-dan təlimat verildiyini bildirib. Onun sözlərinə görə, SDQ, YPG, YPJ kimi terrorçu təşkilatlar vahid bir ordunun tərkibinə daxil olacaq.

Vəlad həmçinin deyib: “Yeni ordu quruculuğu çalışmaları yaxın vaxtlarda yekunlaşacaq. Bu mərhələdən sonra heç bir güc bizə hücum edə bilməyəcək və bölgəmizdəki varlığımızı hər kəs qəbul etməyə məcbur olacaq. İŞİD-ə qarşı qazandığımız təcrübəni Türkiyəyə qarşı istifadə edəcəyik”.

Həmçinin yoxlayın

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İranla bağlı qərar verildi – Savaş an məsələsidir” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın