Cümə axşamı , Avqust 27 2026
azfa

Əraqçı: “Türkiyə İranı parçalanmaqdan xilas edib”

GADTB: İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, 40 günlük müharibə zamanı Türkiyə İranın parçalanmasına yönəlmiş planın həyata keçirilməsinin qarşısını almaqda mühüm rol oynayıb.

Əraqçının sözlərinə görə, Ankara Şimali İraqda fəaliyyət göstərən kürd silahlı qruplarının İrana daxil olmasına mane olub və bununla da ölkənin parçalanmasına yönəlmiş ssenarilərin reallaşmasına imkan verməyib.

Onun sözlərinə görə, müharibənin dördüncü günündə ABŞ prezidenti Donald Tramp Şimali İraqda İrana qarşı fəaliyyət göstərən kürd silahlı qruplaşmalarının liderləri ilə əlaqə saxlayaraq onların İrana qurudan daxil olmasını dəstəkləyib.

Əraqçı əlavə edib ki, bu məlumatı aldıqdan sonra o, İraq Kürdüstan Regional Hökumətinin rəsmiləri, İraqın Baş naziri və Türkiyənin xarici işlər naziri Hakan Fidanla əlaqə saxlayaraq Tehranın narahatlıqlarını onlara çatdırıb./Azad İran

Həmçinin yoxlayın

Molla rejimi İrandakı yoxsulluqla bağlı statistikanı açıqlamaqdan imtina edib: “Təhlükəsizlik qadağası var”

GADTB: Hökumət sözçüsü Fatimə Mühacirani videomüsahibəsində İranda yoxsulların sayının nə qədər olması ilə bağlı suala …

Tramp: İran İslam Respublikası etirazçılara pulemyot və snayperlərlə atəş açır

GADTB: ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Qlen Bekin radio proqramına müsahibəsində İrandakı etirazlarla bağlı …