Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Ərdəbildə posterlər yapışdırıldı; “Susmaq ölümü təsdiqləmək deməkdir”

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycnın Ərdəbil şəhərində Azərbaycan Milli Hərəkatının fəalları azərbaycanlı sənətçi Murtaza Pərvinin İranın ETTELAAT qüvvələri tərəfindən həbs edilməsi, eləcə də fəalın bu haqsızlığa etiraz olaraq aclıq aksiyası keçirməsində dəstək məqsədi ilə vərəqələr paylayıblar.

Azərbaycanlı fəalların ictimai yerlərdə yaydığı vərəqələrdə yazılıb:

“Sənətçinin yeri həbsxana deyil”; “Evin həbsxanasında seçki hay-küyünün kölgəsində siyasi məhbusa işgəncə verilir!”; “Evin zindanında aclıq aksiyasının səsi olaq!”; “Güney Azərbaycanın milli fəallarına azadlıq!”; “Susmaq ölümü təsdiqləmək deməkdir, biz susmayacayıq!”; “Evin zindanında Murtaza Pərvinə qarşı bütün repressiv addımlar və xidmətlər ləğv edilsin!”; “Həbsxana barmaqlıqları bizim həmrəyliyimizi ayıra bilməz!”.

Qeyd edək ki, azərbaycanlı milli fəal Murtaza Pərvin artıq 5 gündür aclıq aksiyası keçirir.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …