Cümə , İyun 12 2026
azfa

Ərdoğan: “Biz istənilən yerə gələ bilərik”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Bitlis rayonunun Ahlat qəsəbəsində Malazgirt zəfərinin 951-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan buradakı çıxışında deyib: “Bir daha bütün dünyaya bəyan edirəm ki, 30 kilometr dərinlikdə dəhlizlə cənub sərhədlərimizi qoruyana qədər bizim terrorizmə qarşı mübarizəmiz bitməyəcək”.

Türkiyənin Bitlis rayonunun Ahlat qəsəbəsində Malazgirt zəfərinin 951-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edən Ərdoğan buradakı çıxışında deyib: “Anadolunun qapılarını türklərin üzünə açan Malazgirt zəfərinin 951-ci ildönümündə fəthi həyata keçirən Böyük Səlcuqlu Dövlətinin hökmdarı Alparslanı yad edirik. Gənclərimizin Ahlat və Malazgirti anladıqlarını görüncə böyük və güclü Türkiyənin gələcəyinə inamımız və 2053-cü il baxışına olan ümidimiz artır.

Ahlat və Malazgirt qürurumuzu yenidən yüksəltmək iradəmizin adı, dostlarımıza güvən, düşmənlərimizə qorxu verən yüksəlişimizin möhürüdür.

Bir daha dünyaya bəyan edirəm ki, 30 kilometr dərinlikdə dəhlizlə cənub sərhədlərimizi qoruyana qədər terrorizmə qarşı mübarizəmiz bitməyəcək. Ölkəmizin təhlükəsizlik prioritetlərinə və öz planımıza uyğun olaraq əməliyyatları davam etdiririk. Bir gecə qəfildən (Suriyanın şimalına) gələ bilərik. İstənilən yerə gələ bilərik. Biz terror təşkilatlarının başçılarını əzdik, əzməyə də davam edəcəyik”.

Həmçinin yoxlayın

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …

Dünya Bankı İran müharibəsi səbəbindən iqtisadi artımın ən zəif səviyyəyə enəcəyi barədə xəbərdarlıq edib

GADTB: Dünya Bankı hazırda davam edən İran müharibəsinin qlobal iqtisadi artımı COVID-19 pandemiyasından bəri ən …