Ərdoğan: “Naxçıvanla Azərbaycan arasında dəmiryolunun bərpasından ən çox faydalanan Qars olacaq”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  “Ermənilərin xislətini tarixdən ən yaxşı qarslılar bilir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə Sarıqamış-Xorasan yolunun açılışındakı çıxışında deyib.

Ərdoğan bildirib ki, Qarabağdakı zəfərdən ən çox qazanan bölgələrdən biri də Türkiyənin Qars vilayəti olacaq:

“Azərbaycanlı qardaşlarımızın qətiyyətli mübarizəsi nəticəsində Dağlıq Qarabağda  Azərbaycan bayrağı qürurla dalğalanır. İnşallah, Naxçıvan ilə Azərbaycan arasında quru yol və dəmiryolu bərpa olunduqdan sonra Azərbaycanla birbaşa əlaqəyə sahib olacağıq. Bu əlaqələrdən ən çox faydanı görən yerlərin başında Qars gəlir. 30 illik işğalın ardından Azərbaycan öz torpaqlarına qovuşmanın haqlı sevincini yaşayır”.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …

Bir cavab yazın