Şənbə , Aprel 25 2026
azfa

Gündəlik Arxivlər: Fevral 23, 2026

Tehranda etiraz edən öyrəncilər İran bayrağını yandırdılar – Video

GADTB: İranda bir sıra universitetlərində öyrəncilər ardıcıl üçüncü gündür ki, etiraz aksiyaları keçirirlər. Tehran, Əmirkəbir və Əl-Zəhra universitetlərində tələbələr İslam Respublikasının bayrağını yandırıb, bəziləri isə onu əlləri ilə parçalayaraq etirazlarını göstəriblər. Etirazlar zamanı yarıhərbi radikal “Bəsic” qüvvələri aksiyalara müdaxilə etməyə çalışsa da, tələbələr onları “şərəfsiz” adlandıraraq etirazlarını davam etdiriblər. Gərginlik …

Ətraflı oxu »

İnçəburun yaxınlığında yeni “Alagöl” şəhərinin yaradılması planına qarşı kampaniya başladılıb

GADTB: İnçəburun Azad Ticarət Zonası yaxınlığında yeni “Alagöl” şəhərinin salınması layihəsinin irəlilədilməsi ilə eyni vaxtda Türkmənsəhrada bir qrup türkmən vətəndaş fəalı “Alagölə yox” adlı kampaniya başladaraq layihənin dərhal dayandırılmasını və yenidən nəzərdən keçirilməsini tələb edib. 2 esfənd 1404 tarixindən başlayan kampaniya ekoloji, mədəni və sosial narahatlıqları əsas gətirərək, 100 mindən …

Ətraflı oxu »

Savalan dağı ətəyində yerləşən Şirvan dərəsi YUNESKO-da qeydiyyatdan keçə bilər

GADTB: Güney Azərbaycanda Savalan dağı ətəyində yerləşən Şirvan dərəsi təbiət abidəsi YUNESKO-da qeydiyyatdan keçə bilər. Geoloji xüsusiyyətlərinə görə təbii park olmaq potensialına malik olan təbiət abidəsninin rəsmi qeydiyyata alınması üçün sənədlər YUNESKO-a göndərilib. “Qeydiyyat baş tutarsa, bu, bölgənin turizm sahəsinin inkişafına xüsusi təkan verəcək, əyalətin iqtisadiyyatının inkişafına səbəb olacaq”,- məlumatda …

Ətraflı oxu »

Son iki gündə tələbə etirazları davam edir, bəsic qüvvələrinin hücumu barədə məlumatlar yayılıb

GADTB: İranda hökumət əleyhinə tələbə etirazlarının ikinci günündə sosial şəbəkələrdə yayılan hesabat və videolara əsasən, etiraz aksiyaları davam edib və etirazçı tələbələrlə bəsic və “hizbullahçı” adlandırılan qüvvələr arasında qarşıdurmalar yaşanıb. Şənbə günü, 2 esfənd tarixində, əyani dərslərin başlanması ilə eyni vaxtda başlayan etirazlar bazar günü, 3 esfənddə də ölkənin bir …

Ətraflı oxu »

Molla rejimi azərbaycanlı körpəyə Onur adına görə 52 gündür doğum haqqında şəhadətnamə vermir

GADTB: Təbrizdə rejimin Qeydiyyat İdarəsi 52 gündür türk mənşəli “Onur” adına görə şəxsiyyət vəsiqəsi (şəhadətnamə) verməkdən imtina edir. Halbuki daha əvvəl eyni adla başqa şəxslər üçün rəsmi sənəd verildiyi bildirilir. Körpənin atası doktor Həmid Xəlilzadə #Balamin_Adı kampaniyasına açıqlamasında bildirib ki, oğulları 1404-cü ilin 18 dey tarixində dünyaya gəlib və ona …

Ətraflı oxu »

Molla rejimi Urmiya Şəhər Şurası seçkilərində azərbaycanlı fəal Meysəm Azadinin namizədliyini rədd edib

GADTB: Azərbaycan milli və mədəni fəalı Meysəm Azadi Urmiyada Nəzarət Heyəti tərəfindən İslam Şəhər Şurası seçkilərinin yeddinci dövrünə namizədlərin səlahiyyətlərinin yoxlanılması prosesi çərçivəsində diskvalifikasiya olunub. Azadi “Urmu” dərgisinin məsul redaktoru və sahibi, həmçinin Urmiya Universitetinin Azərbaycan Dərnəyinin katibi olub. O, Urmiya Universitetindən elektrik mühəndisliyi üzrə magistr dərəcəsinə malikdir və bu …

Ətraflı oxu »

Ana dili günü münasibətilə Azərbaycan Milli Hərəkatı fəallarının toplantısı keçirilib

GADTB: 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə Azərbaycan Milli Hərəkatının bir qrup fəalı məsləhətləşmə toplantısı keçirib. Görüşdə iştirakçılar Azərbaycan türkcəsinin qarşısında duran problemləri və dilin gücləndirilməsi və genişləndirilməsi yollarını müzakirə ediblər. Toplantıda ana dildə təhsilə qoyulan məhdudiyyətlər, rəsmi təhsil infrastrukturlarının olmaması, eləcə də mədəni və media məhsullarının azlığı …

Ətraflı oxu »

Beynəlxalq Ana Dili Günündə Təbriz və Sulduzda türkcə kitablar paylanıb

GADTB: Beynəlxalq Ana Dili Günü münasibətilə Azərbaycan mədəniyyətinin dostlarından ibarət bir qrup Təbriz və Sulduz (Naqadeh) şəhərlərində ana dili olan türkcədə kitablar paylayaraq, ana dilinin qorunması, yaşadılması və təbliğinin vacibliyini bir daha vurğulayıb. Qeyd olunur ki, son illər ardıcıl şəkildə Beynəlxalq Ana Dili Günü ilə eyni vaxtda keçirilən bu mədəni …

Ətraflı oxu »