Şənbə , Aprel 25 2026
azfa

Gündəlik Arxivlər: Fevral 11, 2026

Molla rejimi ərdəbilli idmançı və fəal Mehdi Mehdizadəni həbs edib

Gadtb: Ərdəbildən olan azərbaycanlı idmançı və fəal Mehdi Mehdizadə yanvar etirazları zamanı həbs edilib. Mehdi Mehdizadənin ailəsinə yaxın mənbələr bildiriblər, həbsdən bəri onun harada olduğu, fiziki vəziyyəti və ya hüquqi statusu barədə heç bir məlumat əldə edilməyib və ailənin müraciətləri nəticəsiz qalıb. Mehdi Mehdizadə Ərdəbildə tanınmış idman xadimidir və “Mester …

Ətraflı oxu »

Tarumda bir qrup azərbaycanlı şəxslər saxlanılıb

GADTB: Zəncan vilayətinin Tarum rayonundan olan təqaüddəki müəllimlər Cavad Səfəri və Fatimə Səfəri 4 bəhmən tarixindən etibarən heç bir səbəb və ya məhkəmə qərarı açıqlanmadan saxlanılaraq Zəncan həbsxanasına köçürülüblər. Vaxt keçməsinə baxmayaraq, onların ailələri bu iki vətəndaşın ittihamları, saxlanıldıqları yer və fiziki-hüquqi vəziyyəti barədə heç bir aydın məlumat əldə edə …

Ətraflı oxu »

Yağıntıların 67% artmasına baxmayaraq Urmiya gölünün sahəsi kiçilib

GADTB: Qərbi Azərbaycan Su Resursları Regional Şirkətinin baş direktoru Məcid Rəstgarinin açıqlamasına görə, bu il 19 bəhmən tarixinədək Urmiya gölünün sahəsi 870 kvadrat kilometr olaraq qeydə alınıb. Halbuki ötən ilin eyni dövründə gölün sahəsi 940 kvadrat kilometr idi. Bu da rəsmi hesabatlara əsasən gölün ötən illə müqayisədə kiçildiyini göstərir. Rəstgari …

Ətraflı oxu »

‏ İslamşəhrdə birbaşa atəşlə azərbaycanlı tibb bacısı Şəqayiq Kamali öldürülüb

GADTB: 27 yaşlı azərbaycanlı tibb bacısı və İslamşəhrin Vavan qəsəbəsi sakini Şəqayiq Kamali 1404-cü il 18 dey tarixində İran İslam Respublikasının repressiv qüvvələrinin birbaşa hərbi güllə atəşi nəticəsində həyatını itirib. Məlumata görə, onun xatirəsinə hazırlanan elan və bildirişlərin şəhərin divarlarında bir gün belə qalmasına icazə verilməyib və dərhal yığışdırılıb. Bu …

Ətraflı oxu »

ABŞ İran neftini daşıyan tankerləri ələ keçirməyi düşünür

GADTB: ABŞ hökuməti İranın neftini daşıyan tankerləri müsadirə etməyi nəzərdən keçirir, ancaq bunun mümkün nəticələrindən ehtiyat edir. Bununla bağlı, “The Wall Street Journal” nəşri mənbələrə istinadən xəbər verir. Məlumata görə, bu variant Ağ Ev tərəfindən İranı nüvə proqramını məhdudlaşdıran yeni saziş imzalamağa məcbur etmək üçün müzakirə olunan bir neçə seçimdən …

Ətraflı oxu »

Təbrizdə Peyman Kərimpurun saxlanılması üçün molla rejimin qüvvələri onun evinə basqın edib

GADTB: Dünən, bazar ertəsi 20 bəhmən tarixində təhlükəsizlik qüvvələri Təbriz şəhərində milli fəal Peyman Kərim Purun evinə basqın edərək onu saxlamaya cəhd ediblər. Qeyd edək ki, Təbriz şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 15-ci istintaq şöbəsi tərəfindən milli azərbaycanlı fəal Peyman Kərim Pura məhkəmə orqanına gəlməsi ilə bağlı elektron bildiriş göndərilmişdi. …

Ətraflı oxu »