Çərşənbə , Fevral 11 2026
azfa

Gündəlik Arxivlər: Fevral 2, 2026

İranda etirazçılar işgəncə və edam riski ilə qarşılaşır

GADTB: Beynəlxalq Əfv Təşkilatı xəbərdarlıq edib ki, İranda baş verən kütləvi etirazlar zamanı saxlanılan minlərlə insan, o cümlədən uşaqlar, ədalətsiz məhkəmə prosesləri, işgəncə, cinsi zorakılıq, qaçırılma və ölüm hökmü ilə üzləşə bilərlər. Təşkilatın yaydığı bəyanatda bildirilir ki, İranda etirazların yatırılmasından sonra saxlanılan şəxslərin vəziyyəti ciddi narahatlıq doğurur. Beynəlxalq Əfv Təşkilatı …

Ətraflı oxu »

Peyman Kərimpur məhkəməyə çağırılıb

GADTB: Təbriz şəhərində Ümumi və İnqilab Prokurorluğunun 15-ci İstintaq Şöbəsi tərəfindən verilən elektron bildirişə əsasən, Azərbaycan milli fəalı Peyman Kərimpur məhkəmə orqanına çağırılıb. Bu bildirişin 6 dey 1404 tarixində verildiyi qeyd olunur və çağırılma səbəbi “məhkəmə (zabitlərin) hesabatı ilə bağlı irəli sürülən ittihama qarşı müdafiə vermək” kimi göstərilib. Bildirişdə yazılıb …

Ətraflı oxu »

Qəzvində onlarla etirazçı həbs edildi

GADTB: Fevralın 1-də Qəzvin əyalətində etiraz aksiyalarında iştirakda şübhəli bilinən daha 148 nəfər həbs edilib. Bu barədə əyalətin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Saxlanılanlardan 31 nəfərinin hökumətə müxalif qrupların üzvü olduğu bildirilib. Onlar 11 hökumət məmurunun öldürülməsində, dövlət əmlakını dağıtmaqda, müqəddəs məkanları, o cümlədən məscidləri yandırmaqda günahlandırılıblar. Həbs edilənlərin kimliyi …

Ətraflı oxu »

“Traxtur” Təbrizdə “Sepahan” üzərində qələbə qazandı

GADTB: Azərbaycan “Traxtur” futbol komandası Premyer Liqanın 19-cu turunun ən həssas qarşılaşmasında hesablı oyun nümayiş etdirərək Təbrizdə İsfahanın “Sepahan” klubunu məğlub edib və çox vacib 3 xal qazanıb. Görüşün yeganə qolunu Mehdi Haşimnejad 34-cü dəqiqədə vurub. 76-cı dəqiqədə “Sepahan” oyunçusunun meydandan qovulması rəqibin işini daha da çətinləşdirib və “Traxtur” üstünlüyünü …

Ətraflı oxu »

Molla rejimin həbs etdiyi Maziyar Şəkurinin vəziyyəti ilə bağlı məlumat yoxdur

GADTB: Astara sakini olan azərbaycanlı bloqer və satirik Maziyar Şəkuri etirazların ilk günlərində molla rejimin qüvvələri tərəfindən saxlanılıb. Saxlanılmasından bir neçə həftə keçməsinə baxmayaraq, ailəsi indiyədək onun saxlanıldığı yer, hüquqi vəziyyəti, eləcə də fiziki və psixoloji sağlamlığı barədə heç bir məlumat əldə edə bilməyib. Maziyar Şəkurinin yaxınlarının bildirdiyinə görə, ailənin …

Ətraflı oxu »

Molla rejimi Təbrizin İslam İncəsənət Universitetinin azərbaycanlı tələbəsi Məhəmməd Məhəmmədzadəni həbs edib

GADTB: Yayılan məlumatlara görə, Təbrizin İslam İncəsənət Universitetinin Memarlıq mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində təhsil alan, 1401-ci il qəbul olan Məhəmməd Məhəmmədzadə molla rejimin qüvvələri tərəfindən saxlanılıb. Onun Makı şəhərindən olduğu bildirilir. Mövcud məlumatlara əsasən, bu tələbə məhkəmə prosesi tamamlanana və hökm çıxarılana qədər “görüş qadağası” vəziyyətində saxlanılır. Lakin saxlanılma …

Ətraflı oxu »

The Telegraph: “İran gizli şəkildə nüvə obyektlərini yenidən qurur”

GADTB: “The Telegraph” qəzetinin məlumatına görə, yanvarın sonlarında yayımlanan yeni peyk görüntüləri İranın İsraillə 12 günlük müharibə zamanı zədələnmiş nüvə obyektlərində təmir işlərinə başladığını göstərir. Görüntülərdə əvvəllər ciddi ziyan görmüş Nətənz və İsfahandakı iki əsas nüvə obyektindəki binaların damlarının yenidən bərpası görünür. Bu, ötən ilin iyun ayında hərbi əməliyyatların bitməsindən …

Ətraflı oxu »