Şənbə , Aprel 25 2026
azfa

Gündəlik Arxivlər: Fevral 24, 2026

Təbrizdə Yaşar Həsənpur saxlanılaraq naməlum yerə aparılıb

GADTB: Bu gün 1404-cü il isfand ayının 5-də azərbaycanlı milli fəal Yaşar Həsənpur Təbrizin Sərdəri bölgəsində yerləşən şəxsi evində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Məlumatlara əsasən, təhlükəsizlik əməkdaşları saxlanma zamanı qanuni prosedurları pozub, həbs orderi təqdim etməyib və fiziki zorakılıq tətbiq ediblər. Bildirilir ki, əməliyyat zamanı döyülmə və elektroşokdan …

Ətraflı oxu »

İran və Ermənistan hərbi əməkdaşlığı gücləndirir

GADTB: İran İslam Respublikasının və Ermənistanın müdafiə nazirləri Tehranda keçirilən görüşdə iki ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Ermənistanın müdafiə naziri Suren Papikyanın Tehrana səfəri çərçivəsində, o, çərşənbə axşamı səhər saatlarında İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Əziz Nəsirzadə tərəfindən rəsmi şəkildə qarşılanıb. Görüş …

Ətraflı oxu »

Tramp: “İranla bağlı şayiələr yalandır, nəticələr ağır ola bilər”

GADTB: Bu gün ABŞ Prezidenti Donald Tramp İranla mümkün müharibə ilə bağlı administrasiya daxilində fikir ayrılıqları olduğu barədə yayılan məlumatları rədd edib. O, bununla bağlı, özünün “Truth Social” platformasında paylaşım edib. Tramp mediada general Daniel Keynlə yayılan iddiaları təkzib edərək bildirib ki, guya general İranla müharibəyə qarşı çıxıb. Prezidentin sözlərinə …

Ətraflı oxu »

Molla rejimi azərbaycanlı fəal şərləyib həbs etdiyi Araz Amanı məhkəməyə çağırıb

GADTB: Hazırda Evin həbsxanasında saxlanılan azərbaycanlı fəal Araz Aman Zeynabad çərşənbə axşamı, 1404-cü il isfand ayının 5-də məhkəməyə çağırılıb. Məlumata əsasən, onun fiziki şəkildə məhkəməyə aparılmaması səbəbilə proses “elektron məhkəmə icraatı” formatında, videokonfrans vasitəsilə keçiriləcək. Bu çağırış son aylarda Araz Amanın dəfələrlə 209-cu bölməyə köçürülərək intensiv dindirmələrə məruz qalması fonunda …

Ətraflı oxu »

Cəlal Kudirlu və Arəş Kəhbur müvəqqəti azadlığa buraxılıblar

GADTB: Azərbaycanlı fəallar Cəlal Kudirlu və Arəş Kəhbur dünən bazar ertəsi – 4 isfand tarixində girov qarşılığında Qoşaçay (Miyandab) həbsxanasından müvəqqəti olaraq azad ediliblər. Məlumata görə, hər iki fəal ötən həftə saxlanılıb, Urmiya Kəşfiyyat İdarəsində dindirildikdən sonra həbsxanaya köçürülmüşdü. Müvəqqəti azadlığa buraxılmalarına baxmayaraq, onlara qarşı “rejim əleyhinə təbliğat” və “ictimai …

Ətraflı oxu »

İranda əhali Trampın hücumu ilə bağlı mesaj alıblar

GADTB: İrandakı bəzi mobil istifadəçilər naməlum mənbədən gələn qəribə SMS mesajları aldıqdan sonra sosial mediada paylaşım ediblər. Mesajların məzmunu belə idi: “ABŞ prezidenti əməl insanıdır. Gözləyin”. İranın “Həmşəhri” qəzeti bu xəbəri təsdiqləyib və bildirib ki, mesajlar operatorlardan birinin əsas SMS sisteminin haker hücumuna məruz qalması nəticəsində göndərilib. Bəzi vətəndaşlar əvvəllər …

Ətraflı oxu »