Şənbə , Aprel 25 2026
azfa

Gündəlik Arxivlər: Fevral 17, 2026

Ərdəbildə saxlanılan Turac və Nima Parsa adlı iki fəalın taleyindən tam xəbərsizlik davam edir

GADTAB: Ərdəbil şəhərindən olan iki fəal- Turac Parsa və Nima Parsa 1404-cü ilin 18 və 19 dey aylarında Ərdəbil şəhərinin Şəriəti meydanı ərazisində baş vermiş etiraz aksiyaları zamanı saxlanılıblar. Həbsdən bir aydan artıq vaxt keçməsinə baxmayaraq, onların saxlanılma yeri və hüquqi statusu barədə hələ də heç bir rəsmi və ya …

Ətraflı oxu »

“Traxtur” komandasının baş məşqçisi komandadan ayrıldı

GADTB: Güney Azərbaycanın “Traxtur” futbol komandasının xrovatiyalı baş məşqçisi Draqan Skoçiç komandadan ayrılmaq qərarına gəlib. Bu barədə idman mediası məlumat yayıb. Məlumata görə, klubun israrlarına baxmayaraq, baş məşqçi fəaliyyətini dayandıracağı barədə qəti qərar qəbul etdiyini bildirib. Bildirilib ki, buna səbəb komandanın kapitanı Şüca Xəlilzadə ilə Skoçiç arasında baş verən qarşıdurma …

Ətraflı oxu »

Cəlal Kudrilunun qısa telefon əlaqəsi: azərbaycanlı fəallar təkadamlıq kameralarda saxlanılır

GATENB: Təqaüddə olan müəllim və azərbaycanlı fəal Cəlal Kudrilu ilə azərbaycanlı fəal və sosioloq Arəş Kəhbur, 25 və 26 bəhmən tarixlərində Qoşaçay (Miyandab) şəhərində Kəşfiyyat İdarəsinin qüvvələri tərəfindən saxlanılıblar. Daxil olan məlumatlara əsasən, Cəlal Kudrilunun ailəsi ilə qurduğu qısa telefon əlaqəsi zamanı onların Qərbi Azərbaycan Vilayətinin Kəşfiyyat İdarəsi-də, Urmiya şəhərində …

Ətraflı oxu »

Molla rejimi Təbriz Tibb Elmləri Universitetinin dörd tələbəsini həbs edib

QADTB: Təbriz Tibb Elmləri Universitetinin dörd tələbəsi 27 bəhmən, bazar ertəsi günü, İran İslam Respublikasının qüvvələri tərəfindən saxlanılıb. Məlumatlara əsasən, saxlanılanlar bunlardır: tibb fakültəsinin tələbəsi və İslam Tələbə Cəmiyyətinin keçmiş ictimaiyyətlə əlaqələr üzrə məsulu Məhəmmədəmin Sultanzadə; əczaçılıq ixtisası üzrə təhsil alan və həmin cəmiyyətin siyasi komitəsinin katibi Əli Pərvin; tibb …

Ətraflı oxu »

Azərbaycanlı fəal Nima Məhəmmədi Vəfa 38 gündür xəbərsiz karantin bölməsində saxlanılır

QADTB: Azərbaycan milli hərəkatının fəalı və tələbə olan Nima Məhəmmədi Vəfa artıq 38 gündür ki, heç bir hüquqi status müəyyənləşdirilmədən və rəsmi izahat verilmədən Təbriz Mərkəzi Həbsxanasının karantin bölməsində saxlanılır. Daxil olan məlumatlara əsasən, bu gənc fəalın hazırkı vəziyyəti ilə bağlı ailəsinə hər hansı dəqiq və rəsmi informasiya təqdim edilməyib. …

Ətraflı oxu »

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “ABŞ bazalarını vuracağıq – Laricanidən xəbərdarlıq” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Prime TV”-də “ABŞ bazalarını vuracağıq – Laricanidən xəbərdarlıq” mövzusunda çıxış edib. Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin Laricaninin hücum olarsa ABŞ-ın bölgədəki bazalarına və o cümlədən Türkiyə və Azərbaycana hücum …

Ətraflı oxu »

ABŞ İran sularına yaxınlıqda donanmasını genişləndirir

GADTB: ABŞ-nin Yaxın Şərqə hərbi qüvvə yerləşdirməsi davam edir. Məlumata görə, USS Gerald R. Ford daşıyıcı zərbə qrupu Atlantik okeanını keçdikdən sonra bölgəyə istiqamətlənib. Beləliklə, Amerikanın İrana yaxın sularda iki təyyarədaşıyan gəmi, 15 esmines və bir neçə nüvə hücum sualtı qayığı olacaq. Bu yerləşdirmə Vaşinqtonun regiondakı hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə …

Ətraflı oxu »