Şənbə , Aprel 25 2026
azfa

Gündəlik Arxivlər: Fevral 26, 2026

Çin ABŞ ilə potensial münaqişədə Tehranı dəstəklədiyini deyir

GADTB: Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Çinin İran hökuməti və xalqını milli sabitliyin, eləcə də onların qanuni hüquq və mənafelərinin təmin edilməsində dəstəklədiyini bildirib.  Bəyanat, bir jurnalistin ABŞ-nin hərbi əməliyyatı halında Çinin Rusiyaya qoşulub-qoşulmayacağı ilə bağlı sualına cavab olaraq verilib. Diplomat mətbuat konfransında deyib: “Ümid edirik ki, bütün …

Ətraflı oxu »

Xocalıda Xocalı Soyqırımı Memorialının açılışı olub

GADTB: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Prezident İlham Əliyev Memorialın önünə əklil qoyub. Dövlət başçısı, birinci xanım və ailə üzvləri Memorialla tanış olublar və Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Ətraflı oxu »

Ağ Ev İrana mümkün hücumu nəzərdən keçirir

GADTB: ABŞ administrasiyası İrana qarşı mümkün hərbi əməliyyat variantlarını müzakirə edir. Bununla bağlı, “Politico” nəşri məlumat yayıb. Bildirilib ki, ABŞ prezidenti Donald Trampın bəzi müşavirləri əvvəlcə İsrailin İrana hücum etməsini daha məqsədəuyğun hesab edirlər. Onların fikrincə, belə bir ssenari Vaşinqtonun mümkün hərbi müdaxiləsi üçün daha əlverişli vəziyyət yarada bilər. Məlumata …

Ətraflı oxu »

Traxtur futbol klubu İran Futbol Federasiyasına qarşı FİFA-ya “irqçilik və ədalətsizlik”lə bağlı şikayət edib

GADTB: Traxtur futbol klubu İran Futbol Federasiyasından FİFA-ya rəsmi şikayət ünvanlayıb. FİFA-nın baş katibinə göndərilən məktub klubun idarə heyətinin imzası və Traxturun sahibinin razılığı ilə təqdim edilib. Məktubda bu addımın məqsədinin İran futbolunu zəiflətmək deyil, rəqabət ədalətini qorumaq və ayrı-seçkiliyə qarşı mübarizə aparmaq olduğu vurğulanıb. Şikayət üç əsas istiqamət üzrə …

Ətraflı oxu »

İran rəsmiləri Xameneyinin sığınacağına gözləri bağlı aparılır

GADTB: ABŞ-nin İrana mümkün hücumları ilə bağlı artan gərginlik fonunda İranın ali rəhbəri Əli Xameneyi ilə bağlı diqqətçəkən məlumat yayılıb. “Iran International” telekanalının məlumatına görə, Xameneyi ilə görüşmək istəyən yüksək vəzifəli hökumət rəsmiləri onun yerləşdiyi sığınacağa gözləri bağlı şəkildə aparılır. Bildirilir ki, bu təhlükəsizlik tədbiri sığınacağın yerinin gizli saxlanılması məqsədi …

Ətraflı oxu »

İrandakı son proseslər fonunda Azərbaycan Milli Hərəkatında “Gizli Mərkəz”in formalaşdığı bildirilir

GADTB: İranda siyasi, təhlükəsizlik və sosial böhranların dərinləşməsi fonunda Azərbaycan Milli Hərəkatının tanınmış fəalları və ziyalıları tərəfindən “Gizli Mərkəz” adlandırılan bir strukturun yaradılması istiqamətində müzakirələr aparıldığı bildirilir. Sözügedən mərkəzin məqsədinin hazırkı həssas şəraitdə azərbaycanlıların siyasi və mədəni fəaliyyətlərinin təşkili, əlaqələndirilməsi və vahid xətt üzrə birləşdirilməsi olduğu qeyd olunur. Mənbələrin məlumatına …

Ətraflı oxu »

Xocalı soyqırımından 34 il ötür

GADTB: Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür. Soyqırımından 34 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas …

Ətraflı oxu »