Şənbə , Aprel 25 2026
azfa

Gündəlik Arxivlər: Fevral 13, 2026

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “Ən böyük hərbi gəmi İrana yaxınlaşır” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Prime TV”-də “Ən böyük hərbi gəmi İrana yaxınlaşır” mövzusunda çıxış edib. Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin Amerikanın İrana doğru təyyarə daşıyan gəmilərini göndərməsi, artıq molla rejimə qarşı hücum hazırlığının …

Ətraflı oxu »

BMT-nin xüsusi məruzəçisi: İranda dövlət tərəfindən insan haqlarının pozulması daha geniş miqyasda davam edir

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato dey ayı etirazları ilə bağlı üç ciddi insan hüquqları pozuntusu üzrə İran İslam Respublikası rəsmiləri ilə rəsmi yazışma apardığını açıqlayıb. O vurğulayıb ki, “dövlət səviyyəsində insan hüquqlarının pozulması təkcə dayanmayıb, daha geniş miqyasda davam edir”. Sato bildirib ki, bu yazışmalarda ölüm cəzasına …

Ətraflı oxu »

Güney Azərbaycanın Tarum bölgəsindən olan 22 yaşlı Əmir Cəfəri həbs edilib

GADTB: Zəncan əyalətinin Tarum bölgəsinin Obar şəhərindən olan 22 yaşlı Azərbaycan türkü Əmir Cəfəri 9 fevral axşamı həbs edilib. Həbsdən bəri ailəsinə onun harada olduğu, fiziki vəziyyəti və ya hüquqi statusu barədə heç bir məlumat verilməyib. Saxlanılanların statusu və ailələrinə şəffaf məlumatların verilməməsi ciddi insan hüquqları pozuntusu hesab edilir. Beynəlxalq …

Ətraflı oxu »

Evin həbsxanasında azərbaycanlı sənətçi Mürtəza Pərvinin son etirazların qırğınlarına etiraz performansı

GADTB: Nəsrin Sotudənin “Facebook” səhifəsində yayımlanan yazıya əsasən, cümə günü, 17 bəhmən axşamı Evin həbsxanasının 7-ci bölməsinin 1-ci zalında siyasi məhbuslar etirazçıların qətliamına qarşı etiraz məqsədli performans keçiriblər. Bu tədbirdə siyasi və qeyri-siyasi məhbuslar daxil olmaqla təxminən 90 nəfər iştirak edib. Performans zamanı dəhliz boyunca cansız bədənləri xatırladan torbalar yerləşdirilib …

Ətraflı oxu »

Azərbaycanlı gənc xanım Zəhra Dadxahın etirazlar zamanı öldürülüb

GADTB: Ərdəbil sakini, 22 yaşlı azərbaycanlı gənc xanım Zəhra Dadxah 18 dey (yanvar) etirazları zamanı güllə ilə vurularaq həyatını itirib. Məlumata görə, güllə onun başının arxa nahiyəsinə dəyib və nəticədə o, hadisə yerində dünyasını dəyişib. Azərbaycanlı vəkil Sina Yusifi bu barədə X platformasında məlumat verərək bildirib ki, Zəhra Dadxahın həyat …

Ətraflı oxu »

Azərbaycanlı milli fəal Yuruş Mehrəlibəyli ağır şəraitdə həbsdə saxlanılır

GADTB: Azərbaycanlı milli fəal Yuruş Mehrəlibəylinin saxlanılmasından bir ay ötür. Son əldə olunan məlumata görə, o, Təbriz həbsxanasının xüsusi bölməsində ağır və çətin şəraitdə saxlanılır. Yuruş Mehrəlibəyli dəfələrlə həbs edilib, işgəncələrə məruz qalıb, aclıq aksiyalarına qatılıb və son olaraq əsassız ittihamlarla 10 il həbs cəzası alsa da, hazırda hansı səbəblə …

Ətraflı oxu »

İranda etirazların yatırılması nəticəsində ölənlərin sayı 7000-ə çatıb

GADTB: İnsan haqları təşkilatı HRANA İranda etirazların yatırılması zamanı vəziyyətlə bağlı yenilənmiş məlumatları açıqlayıb. 11 fevral tarixinə olan məlumata görə, etirazların başlamasından və rejimin basqılarından bəri təsdiqlənmiş ölüm faktlarının sayı 7002-yə çatıb. Bunlardan 6722-si etirazçı, 214-ü İslam Respublikasının təhlükəsizlik xidmətlərinin üzvləri, qalan 66-sı isə etirazlarda iştirak etməyən mülki şəxslər olub. …

Ətraflı oxu »