Cümə , İyul 17 2026
azfa

Aylıq Arxivlər: İyul 2026

SEPAH-ın sürətli qayıqlarla Hörmüz boğazının Oman marşrutunu bağladığı iddia edilir

GADTB: İddialara görə, SEPAH-ın Hərbi Dəniz Qüvvələri sürətli qayıqlardan istifadə edərək ABŞ-ın dəstəklədiyi Hörmüz boğazı dəhlizini tamamilə dayandırıb və yarım gün ərzində bu marşrutdan heç bir gəmi keçməyib. Məlumata görə, SEPAH bu gün səhər radio əlaqəsi vasitəsilə bütün gəmilərə xəbərdarlıq edib və eyni vaxtda İranın Hörmüz boğazına nəzarətini həyata keçirmək …

Ətraflı oxu »

Əli Xameneinin cənazə namazı Müctəba Xameneinin iştirakı olmadan qılındı; Xameneinin digər üç oğlu mərasimdə iştirak etdi

GADTB: İrqçi fars-molla rejimin keçmiş rəhbəri Əli Xameneinin cənazə namazı bazar günü səhər saat 08:00-da Cəfər Sübhani tərəfindən qılınıb. Onun dəfn mərasimi ölümündən dörd aydan çox vaxt keçdikdən sonra keçirilir. Mərasimin diqqət çəkən məqamlarından biri, atasının ölümündən on gün keçməmiş İranın yeni rəhbəri elan edilən və ayətullah kimi təqdim olunan …

Ətraflı oxu »

Tramp: Xameneinin dəfn mərasimində iştirak edən bütün İran rəsmilərini öldürə bilərik, amma bunu etmirik

QADTİB: ABŞ Prezidenti Donald Tramp şənbə günü Axios saytına müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar Əli Xameneinin dəfn mərasimində iştirak edən İran rəsmilərinin hamısını məhv etmək imkanına malikdir, lakin bunu etməyəcək. Tramp telefon müsahibəsində deyib: “Hamısı oradadır. Bir zərbə ilə hamısını məhv edə bilərik, amma bunu etmirik. Çünki o halda danışıqlar …

Ətraflı oxu »

Qondarma “erməni soyqırımı”nın tanınması İsrailinin Azərbaycanla münasibətlərinə zərər vura bilər

QADTİB: Qüds Strategiya və Təhlükəsizlik İnstitutunun sədri, professor Efrayim İnbar bildirib ki, İsrail tərəfindən qondarma “erməni soyqırımı”nın tanınması diplomatik nəticələr doğura və bu ölkənin Türkiyə, xüsusilə də Azərbaycanla münasibətlərinə zərər vura bilər. O, belə bir addımı “kiçik, lakin baha başa gələcək bir səhv” kimi qiymətləndirərək iddia edib ki, bu qərar …

Ətraflı oxu »

Molla rejimin Ərdəbildə həbs etdiyi üç azərbaycanlı fəal qeyri-müəyyən vəziyyətdə saxlanılır

QADTİB: Azərbaycanlı fəallar Siyamək Mirzayi, Əsgər Əkbərzadə və Əli Vasiqi həbs edilmələrindən yeddi gündən çox keçməsinə baxmayaraq, hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılırlar. Daxil olan məlumatlara görə, Siyamək Mirzayi və Əli Vasiqi cümə axşamı, 11 tir tarixində Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasından Ərdəbil Mərkəzi Həbsxanasının 9-cu bölməsinə köçürülüblər. Lakin Əsgər Əkbərzadə hələ …

Ətraflı oxu »

Molla rejimin Qeydiyyat İdarəsi azərbaycanlı körpəyə “Elxan” adına doğum şəhadətnaməsi verməkdən imtina edib

GADTB: Təbrizdə rejimin Vətəndaşlıq Vəziyyətin Qeydiyyatı İdarəsi artıq 79 gündür azərbaycanlı körpəyə “Elxan” adı ilə şəxsiyyət vəsiqəsi verməkdən imtina edir və yalnız adın “İlxan” formasında qeydə alınmasına icazə verdiyini bildirir. Körpənin anası Fatimə Şahmuradi deyib ki, övladı 26 fərvərdin 1405-ci il tarixində dünyaya gəlib. Ailə onun üçün türkcədə “elin və …

Ətraflı oxu »

ABŞ–İran müharibənin başa çatdırılması razılaşmasında xalq etirazlarının yatırılması diqqətdən kənarda qalıb

QADTİB: ABŞ və İran arasında müharibəyə son qoyulması ilə bağlı əldə olunan razılaşma İranda insan haqlarını və ölkə vətəndaşlarını demək olar ki, tamamilə nəzərə almayıb. Təhlilə görə, bu laqeydlik İran İslam Respublikası hökumətinin xalq üzərində repressiyaları daha da gücləndirməsinə şərait yaradıb. Bildirilir ki, anlaşma demək olar ki, tam şəkildə hərbi …

Ətraflı oxu »

Təbriz və Pərəsər komandalarının Masalda keçirilən yarışdan sonra gərgin dava baş verib-Video

GADTB: Ölkənin Region Liqasının yeniyetmələr üzrə yarışları çərçivəsində Masal şəhərindəki Möhibbi stadionunda keçirilən Təbriz və Pərəsər komandalarının oyunundan sonra hər iki komandanın azarkeşləri arasında dava baş verib. Yayılan məlumatlara görə, qarşılaşma Təbriz komandasının qələbəsi ilə başa çatıb. Oyunun bitməsindən sonra tribunada hər iki komandanın bəzi tərəfdarları arasında yaranan gərginlik fiziki …

Ətraflı oxu »

Molla rejimin Əli Xameneinin dəfn mərasimində 3 minə qədər insanı öldürəcəyi təxmin edilir

GADTB: Almaniyanın “Die Welt” qəzeti məxfi sənədə və Tehrandakı bələdiyyə mənbələrinə istinadən yazıb ki, İran hakimiyyəti Əli Xameneinin bir həftə davam edəcək dəfn mərasimləri zamanı 1 500–3 000 nəfərin həlak ola biləcəyini ehtimal edir. Qəzetin Tehrandan anonim müəllif tərəfindən hazırlanmış, lakin şəxsiyyəti redaksiya tərəfindən məlum olan reportajında bildirilir ki, hakimiyyət …

Ətraflı oxu »

Tehran Britaniya və Fransanın Hörmüz boğazı ilə bağlı birgə bəyanatına sərt reaksiya verdi

QADTİB: Böyük Britaniya və Fransanın Omanla əməkdaşlığa hazır olduqlarını və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə çoxtərəfli hərbi missiya yaradılacağını bəyan etməsindən sonra, İran İslam Respublikasının xarici işlər nazirinin müavini xəbərdarlıq edərək bildirib ki, bu su yolu “bölgədənkənar güclərin hərbi güc nümayiş etdirdiyi meydan deyil”. Kazım Qəribabadi şənbə günü, …

Ətraflı oxu »