Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Aylıq Arxivlər: Oktyabr 2026

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” bölgəsindən daxil olan əlavə məlumatlar və hadisə şahidlərinin ifadələri göstərir ki, bu səhər baş vermiş toqquşmalarda ağır itkilərin əsas hissəsi “Fətimiyyun diviziyası”nın muzdlu silahlı qüvvələrinin payına düşüb. Müstəqil mənbələrdən və yerli hadisə şahidlərindən əldə edilən …

Ətraflı oxu »

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin fiziki vəziyyətindən narahatlığını bildirib və onun həbsxanadan kənarda, müasir tibbi avadanlıqlarla təchiz edilmiş tibb müəssisəsində təcili müayinə və müalicə olunmasını tələb edib. Oktyabrın 12-də, bazar ertəsi günü dərc olunan məktubda …

Ətraflı oxu »

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, müdafiə sistemlərini gücləndirir və nüvə obyektlərinin ətrafında əlavə istehkamlar qurur. Nəşrin yazdığına görə, ötən ay mümkün quru hücumuna qarşı müdafiəni gücləndirmək məqsədilə Külüng dağı və Nətənz nüvə obyektlərinin ətrafında müvəqqəti torpaq sədlər ucaldılıb. Tehran, habelə, …

Ətraflı oxu »

Azərbaycanlı ekoloq fəal Milad Balsininin həbsdə saxlanılması davam edir, vəziyyəti barədə məlumat yoxdur

GADTB: Azərbaycanlı jurnalist və fəal Milad Balsinininin barəsində həbs qətimkan tədbirinin seçilməsindən 30 gündən çox vaxt keçməsinə baxmayaraq, onun həbsinin qanuni əsaslarla uzadılması, səhhəti və saxlanıldığı yer barədə hələ də təsdiqlənmiş məlumat yayılmayıb. Milad Balsinini 27 mordad 1405-ci ildə Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci istintaq şöbəsinə getdikdən sonra həbs …

Ətraflı oxu »

“Türk Dünyası Gənclər Məclisi”ndə “Ayrılıq” mahnısının duyğulu ifası: “Qaqauz” sənətçinin dilindən Azərbaycanın ayrılıq hekayəsi – Video

GADTB: Moldovalı qaqauz türk müğənnisi Leonida Timoş “Türk Dünyası Gənclər Məclisi”ndə ölməz “Ayrılıq” mahnısını ifa edərək Türkmənçay müqaviləsindən sonra Azərbaycanın tarixi parçalanmasını və Arazın hər iki sahilində yaşayan azərbaycanlı türklərin ayrılıq həsrətini yenidən xatırladıb. İfa zamanı Türkmənçay müqaviləsi və Azərbaycanın Şimali və Cənubi hissələrə bölünməsi haqqında slaydlar nümayiş etdirilib. Həmçinin …

Ətraflı oxu »

XI Zəncan Kitab Sərgisi çərçivəsində şeir və musiqi gecəsi təşkil edəcək

GADTB: XI Zəncan Kitab Sərgisi çərçivəsində şeir və musiqi gecəsi təşkil edəcək. Proqramda Huşəng Cəfəri, Aylər Bəxşi, Əli Məhəmməd Beyani, Pərviz Sudi, Əli Kərimi, Abdulla Fərəci, Əhməd Sadiqi, Həsən Rəfii və Cavad Kərimi kimi tanınmış ustad və şairlər iştirak edəcəklər. Tədbir çərçivəsində Şəhbəz Fəthinin ifasında türk pop musiqisi, Aşıq Əli …

Ətraflı oxu »

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam Respublikasının hərbi dəniz donanmasının məhv edilməsi istiqamətində öz fəaliyyətini əvvəlki ABŞ prezidentlərinin fəaliyyəti ilə müqayisə edib. “159 İran gəmisi” başlığı altında təqdim olunan şəkildə İran İslam Respublikasının əvvəlki prezidentlərin dövründə su üzərində olan hərbi gəmiləri …

Ətraflı oxu »

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında Azərbaycan barədə yalan məlumatların yer aldığı material dərc olunub.  Kanal Türkiyənin Diyarbəkir şəhərində guya hicablı azərbaycanlı qadınlara dəstək məqsədilə aksiya keçirildiyini iddia edən paylaşım yayıb.  Materiala müvafiq videoqeydlər da əlavə edilib. Lakin məlum olub ki, …

Ətraflı oxu »

Dəniz blokadasının İran ticarətinə təsiri: ticarətin həcmi 34 faiz azalıb, sərhədlərdə xərclər artıb

GADTB: İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri bildirib ki, cari ilin ilk altı ayında ölkənin xarici ticarətinin həcmi çəki baxımından 34 faiz, dəyər baxımından isə təxminən 20 faiz azalıb. O, bu azalmanı müharibə, dəniz marşrutlarına tətbiq olunan məhdudiyyətlər və limanlarda yaranan fasilələrlə əlaqələndirib. Məhəmmədəli Dehqan Dehnəvi mətbuat konfransında bildirib ki, müharibədən …

Ətraflı oxu »

Sepah hərbi təlimlər pərdəsi altında müharibəyə hazırlaşır

GADTB: İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün, bazar ertəsi, 20 mehr tarixində hərbi təlimlər çərçivəsində genişmiqyaslı raket atışları həyata keçirib. Yeni müharibənin başlama ehtimalının artdığı bir vaxtda SEPAH bu sınaqlarla hərbi hazırlığını gücləndirir. SEPAH bazar günü, 19 mehr tarixində də İran ərazisində iki mərhələdə sınaq raketləri buraxmışdı. İsrailin …

Ətraflı oxu »