Bazar , Noyabr 22 2026
azfa

Gündəlik Arxivlər: Oktyabr 30, 2026

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Media Türk TV”-də “Türkiyədən Bakıya rədd cavabı – Gərginlik niyə dayanmır?” mövzusunda çıxış edib. Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin bəzilərinin islamçılığı millətçiliklə qarışdırması, türk dövlətləri və türk millətinin lazımi …

Ətraflı oxu »

Azərbaycanlı uşağa Kayahan adına görə 94 gündür molla rejimi doğum haqqında şəhadətnamə vermir

GADTB: Təbrizdə rejimin Əhalinin Vəziyyətinin Qeydiyyatı İdarəsi türk mənşəli “Kayahan” adı ilə bağlı bir uşağa doğum şəhadətnaməsi verməkdən imtina edir və artıq 94 gündür onu sənədsiz saxlayır. Lakin Təbriz Sülh Məhkəməsinin 24-cü şöbəsi çıxardığı qərarla bu idarəni Kayhan adlı uşağa doğum şəhadətnaməsi verməyə məcbur edib. Uşağın atası Babək Xavəndi #Balamin_Adı …

Ətraflı oxu »

Ted Kruz: “İslam Respublikasını devirmək üçün iranda etirazçıların silahlandırılmasını təklif etmişəm”

GADTB: ABŞ-ın Respublikaçılar Partiyasından olan senatoru Ted Kruz bildirib ki, Donald Tramp İslam Respublikasının yaratdığı təhlükənin aradan qaldırılmasını istəyir və o da hökuməti devirmək məqsədilə iranda etirazçıların silahlandırılmasının zəruriliyini vurğulayıb. Ted Kruzun “X” sosial şəbəkəsində bu barədə paylaşım edib. Senator oktyabrın 29-u, cümə axşamı yazıb: “Dünən bütün günü Prezident Trampla …

Ətraflı oxu »

Sayın Mikayil bəy Oyta Sidneydə Türkiyənin Cümhuriyyət bayramında- Şəkil

GADTB: Sidneydə 29 Oktyabr Türkiyədə Cümhuriyyətin qurulmasının 103-cü ili münasibətilə mərasim keçirilib.   Tədbirə Türkiyə konsulunun rəsmi dəvətilə Avstraliya Azərbaycan Assosiasiyası prezidenti və GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta da qatılıb. Tədbirdən bir neçə şəkli təqdim edirik:

Ətraflı oxu »

Mayk Uolts BMT Təhlükəsizlik Şurasında Iran nümayəndəsinə: “Yalanlarınız burada keçərli deyil; nüvə silahına sahib olmağınıza heç vaxt icazə verməyəcəyik”

GADTB: ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Mayk Uolts Təhlükəsizlik Şurasının iclasında İslam Respublikasının Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməməsini kəskin tənqid edərək, bu rejimin nümayəndəsinə bildirib ki, digər ölkələri ittiham etmək Agentliyin tələb etdiyi cavabların verilməsini və məlumatların təqdim olunmasını əvəz edə bilməz. Uolts “Yalanlarınız burada keçərli deyil” deyərək …

Ətraflı oxu »

Təbrizli idmançı bir dünya və iki Asiya rekordu müəyyənləşdirib

GADTB: Təbrizli 45 yaşlı döyüş sənətləri idmançısı Xudayar Əzizian yoxuşlu yolda nümayiş etdirdiyi qeyri-adi performansla döyüş idmanlarının müxtəlif növləri üzrə bir dünya və iki Asiya rekorduna imza atıb. Xudayar Əzizian ilk rekordunda bir saat 32 dəqiqə 33 saniyə ərzində yoxuşlu yolda ayağının pəncəsi ilə 2 030 zərbə endirib. Bu nəticə …

Ətraflı oxu »

Qadınlardan ibarət “Traxtur” komandası “Mis Rəfsəncan” üzərində böyükhesablı qələbə qazandı

GADTB: “Traxtur”un qadınlardan ibarət futbol komandası çempionatın beşinci turu çərçivəsində “Mis Rəfsəncan”ı 4:0 hesabı ilə məğlub edərək üç xal qazanıb. Qarşılaşma cümə axşamı, 29 oktyabr tarixində Rəfsəncan şəhərindəki Şəhidlər stadionunda keçirilib. Söhəyla Kiyaninin yetirmələri uğurlu oyun nümayiş etdirərək rəqibini məğlub ediblər. “Traxtur”un heyətində Bita Abdi iki qol vurub. Aynur Ruhi …

Ətraflı oxu »