Cümə axşamı , Oktyabr 15 2026
azfa

İran İsraillə mübarizə bəhanəsi ilə ETTELAAT-ın xərclərini artırıb

GADTB: İranın təhlükəsizlik və kəşfiyyat (ETTELAAT) naziri İsmayıl Xətib bildirib ki, 13-cü hökumətdə (İbrahim Rəisi) sözügedən nazirliyin xərcləri 10 dəfə artırılıb.

“İbrahim Rəisi hökuməti dövründə və 11-ci çağırış parlamentin səyləri ilə ETTELAAT Nazirliyinin büdcəsinin artırılması İran hökumətinin təhlükəsizlik infrastrukturunun genişlənməsinə səbəb olub”, – deyə nazir əlavə edib.

O, iddialarının davamında vurğulayıb ki, rəhbərlik etdiyi nazirlik İsraillə qarşıdurmada uğur qazanıb. 

Xatırladaq ki, son vaxtlar İran hökumətinə bağlı müxtəlif haker qrupları da bir sıra ölkələrə kiberhücumlarını genişləndiriblər. /Azad İran

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …