Güney Azərbaycanın Takistan bölgəsində etiraz aksiyası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Gübe Azərbaycanın Takistan bölgəsində etiraz aksiyası keçirilib.

“Təravət novin” avtomobil şirkəti tərəfindən pulları mənimsənilən takistanlılar şəhər qubernatorluğu qarşısına toplaşıblar.

Aksiya yerinə polis qüvvələrinin cəlb olunmasından sonra etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər.

Onlar dövlətin himayəsində olan avtomobil şirkətinin çox sayda vətəndaşın pulunu almasına baxmayaraq, illərdir avtomobillərini təhvil vermədiyinə etiraz ediblər.

Qeyd edək ki, son 1 il ərzində bir neçə dəfə oxşar aksiya keçirilsə də, qəzvinlilərin nə avtomobilləri, nə də pulları qaytarılır.

Həmçinin yoxlayın

Ərdoğan: Biz Suriyaya addım atmadıq, ancaq Suriyanı indiki vəziyyətinə gətirdik

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya addım atmadıqları …

Güney Azərbaycandan olan fəallar Azərbaycan hökuməti ilə həmrəylik nümayiş etdiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, Güney Azərbaycandan …