Sulduzda həbs edilən 10 azərbaycanlı fəal ümumi asayışı pozmaqda ittiham edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi dünən may ayının 25-də Sulduzda Azərbaycanın May Qiyamının 12-ci ildönümü münasibəti ilə Azərbaycan Milli Hərəkatının şəhidlərini anmaq məqsədilə şəhidlərin məzarına tolaşan fəalları yaxalayıb.

İrqçi fars rejimi müxtəlif şəhərlərdən Sulduza gələn milli-mədəni fəallardan 10 nəfərini yaxalamış və daha sonra onlara saxta ittimlar irəli sürüb. Guya onlar ümumi asayişi pozublar. Rejim fəallara bu saxta ittihamı elan etdikdən sonra onların zaminə buraxılması üçün 100 milyon tümənlik vəsiqə təyin edib.

Sulduzda yaxalanan fəallardan hələlik 10 nəfərinin adı məlumdur:

  1. Məhəmməd Mahmudi (Təbriz sakini) 2.
  2. Murtaza Məhəmmədi (Əhər sakini)
  3. Vahid Bəstami (Əhər sakini)
  4. Məhəmməd Qənbərzadə (Əhər sakini)
  5. Murtaza Səfərinin (Əhər sakini)
  6. Davud Mahmudi (Təbriz sakini)
  7. Rəsul Sələhşur (Təbriz sakini)
  8. Cavad Yekanlının (Xoy sakini)
  9. Əmir Səttari (Təbriz sakini)
  10. Ulduz Qasımi (Urmiya sakini)

 

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın