Cümə , Oktyabr 23 2026
azfa

Güney Azərbaycan İstiqlalçılar Birliyi başqanı sayın Əjdər Tağızadənin AXC-nin 100 illiyi münasibətilə təbrik mesajı

GADTB: Bu gün türk dünyasında ilk cümhuriyyət idarə üsulu olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il ötür. 100 il öncə millətimizin dahi oğulları Azərbaycanın quzey hissəsində 1918-ci il may ayının 28-də Türk Dünyası və ümumiyyətlə Şərq aləmində ilk demokratik, plüralist və dünyəvi Azərbaycan dövlətini yaratdı. Əslində Məhəmməd Əmin bəy Rəsulzadənin, Fətəli xan Xoylunun və digər qurucuların birlikdə qurduğu Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan türk millətinin çoxəsrlik dövlətçilik tarixinin parlamentli cümhuriyyət formasında müasir dövrdə davamı olmuşdur. Bu münasibətlə Azərbaycan dövlətinin rəhbərliyini, böyük türk millətini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Türk dünyasında ilk demokratik parlamentli cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti həmin dövrün şərtləri çərçivəsində cəmi 23 ay ömür sürməsinə və rus Ordusunun Azərbaycanı işğal etməsi nəticəsində süquta uğramasına baxmayaraq, bu demokratik Azərbaycan dövləti Azərbaycan türk millətinin gələcək dövlətçiliyi üçün əvəzsiz işlər görmüşdur.

Azərbayan Xalq Cümhuriyyətinin varisi kimi müstəqil Azərbaycan Respublikası təkcə quzeyli soydaşlarımızın deyil, bütün dünya azərbaycanlılarının dövlətidir. Bu dövlət Güney Azərbaycanda dövlətin və Bütöv Azərbaycanın yaranması üçün dayaq nöqtəsi, ideya qaynağıdır. Güney Azərbaycanda Azərbaycan türkləri Güneyimizin milli qurtuluşunu yalnız və yalnız istiqlal və cümhuriyyət idarə üsulunda gördükləri üçün Xalq Cümhuriyətini özlərinə nümunə  hesab edirlər.

Cümhuriyyətimizin 100 ili qutlu olsun!

Həmçinin yoxlayın

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Qrossi: Agentlik İranın nüvə fəaliyyətlərini yoxlamağa hazırdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə fəaliyyətlərinin …

Bir cavab yazın