Cümə , Oktyabr 16 2026
azfa

Azərbaycan filmi beynəlxalq festivalda Qran-Pri qazanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Kinomexanikin qayıdışı” filmi Cənubi Koreyanın “EBS International documentary” sənədli film festivalının Qran-Prisini qazanıb.

Bu barədə APA-ya filmin rejissoru Orxan Ağazadə məlumat verib.

Qeyd edək ki, 2024-cü ilin istehsalı olan film Azərbaycan və talış dillərində çəkilib. Filmin xronometrajı 87 dəqiqədir. Hibrid janrda ekranlaşdırılan filmin rejissoru və ssenari müəllifi Orxan Ağazadə, operatoru Daniel Quliyev, montajçısı Nicole Schmeier, səs rejissoru Morteza Najaflo, prodüserləri Lino Rettinger və François-Pierre Claveldir.

Film Almaniya (Lichtblick Film) və Fransanın (Kidam) ortaq istehsalıdır.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …