Çərşənbə , Oktyabr 14 2026
azfa

Paşinyan hakimiyyətlə razılaşmayan səfirləri istefaya çağırdı

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 27-də Dilicanda ölkənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin illik seminarında çıxışı zamanı hökumətin siyasəti ilə razılaşmayan diplomatik missiya rəhbərlərini istefa verməyə çağırıb.

Bu barədə “Hraparak” nəşri mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Paşinyan çıxışında Ermənistanın üzləşdiyi geosiyasi hadisələr və çağırışlarla bağlı fikirlərini açıqlayıb.

“Baş nazir səfirləri seçim qarşısında qoyaraq, açıq mətnlə Ermənistanın çətin dövrə qədəm qoyduğunu, ona görə də qeyri-standart həll yollarına gəlməli olduqlarını bildirib. Paşinyan xəbərdarlıq edib ki, əgər kimsə sadiq əsgər kimi hakimiyyətin göstərişlərinə əməl etmirsə, onun siyasətini rəhbər tutmursa, heç olmasa indi getmək üçün ərizə yaza bilər”, – məlumatda qeyd olunub.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …