Cümə , Sentyabr 18 2026
azfa

İsrail İranda əməliyyat keçirib və SEPAH zabitləri öldürülüb

GADTB: Son bir ay ərzində İsrail qüvvələri İran daxilində gizli əməliyyat keçirib, bir sıra sənədlər oğurlanıb, bəzi mərkəzlərdə təxribat törədilib və iki SEPAH zabiti öldürülüb.

İranın “Əsr” telekanalının “Meydan” verilişinin aparıcısı Vəhid Xəzzab bu barədə açıqlama verib.

O, efirdə bu məlumatları yüksək rütbəli təhlükəsizlik rəsmisi olan dostundan aldığını açıqlayıb.

Aparıcının sözlərinə görə, avqustun 29-da İsfahanda SEPAH-a bağlı zavodda baş verən partlayış nəticəsində biri polkovnik olmaqla Muxtar Mürşidi və Müctəba Nəzəri adlı iki SEPAH zabiti qətlə yetirilib.

“Hökmət rəsmiləri bu barədə heç bir açıqlama vermirlər və beləliklə kimsənin baş verənlərdən xəbərdar olmasını istəmirlər”, – deyə, Vəhid Xəzzab əlavə edib.

O, qeyd edib ki, İran hökuməti SEPAH zabitlərinin ölümünə səbəb kimi qaz sızmasını göstəriblər.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …