Ermənistan COP29 ərəfəsində Azərbaycana qarşı təxribat törədir

GADTB: Ermənistan COP29 ərəfəsində Azərbaycana qarşı təxribat törədir.

İrəvandan Bakıya qarşı “Azərbaycan Ermənistana qarşı hərbi planlar qurur” iddiaları intensivləşib. Ararat Mirzoyan bu iddianı Varşava forumunda beynəlxalq ictimaiyyətə təqdim etdi, ardınca erməni rəsmiləri və mediası aktiv şəkildə gündəmə gətirdi. Son olaraq, Paşinyanın partiyasında sədr müavini olan Vaaqn Aleksanyan “Azərbaycanın Ermənistana hücum üçün zəmin hazırladığı” iddiası ilə çıxış edib.

COP29 ərəfəsində sülh müqaviləsinin imzalanmasına təkid edən rəsmi İrəvanın paralel şəkildə “Bakı hücum edəcək” iddialarını tirajlaması siyasi və hərbi məqsədlərin tərkib hissəsidir.

Siyasi hədəf: sülh müqaviləsi layihəsini yarımçıq imzalamağa çalışan İrəvan Bakının “bütün bəndlərin razılaşdırıldığı müqavilə” yanaşmasını “sülhə qarşı olmaq” kimi göstərməyə çalışır və “Ermənistana hücum edəcək” iddiaları ilə Azərbaycanı ittiham altına salmaq, diqqəti Bakının sazişlə bağlı mövqeyindən yayındırmaq istəyir;

Hərbi hədəf: Ermənistan bu iddialarını “isbatlamaq” və “hücum edən tərəf” kimi Bakıya qarşı beynəlxalq təzyiqi gücləndirmək məqsədilə kiçik çaplı da olsa, sərhəddə təxribatlara əl ata bilər və bunu məhz COP29 tədbiri zamanı (yaxud tədbir ərəfəsində) edəcəyi ehtimalı ön plandadır;

COP29 zamanı mümkün təxribatlarla qarşıdurma yaratmaq İrəvana iki istiqamətdə sərfəlidir:

– Azərbaycanı “hücum edən tərəf” kimi göstərməklə beynəlxalq iqlim tədbirində sülh sazişinin imzalanması çağırışı edən oyunçuları Bakıya təzyiq siyasətinə sövq etmək;

– Azərbaycanın “COP atəşkəsi” təşəbbüsünü zədələmək, Bakının imicini və əldə edə biləcəyi dividentləri sıradan çıxarmaq.

Mümkün təxribatlarda COP-un Bakıda keçirilməsinə etiraz edən və hazırda tədbir üzərindən Azərbaycana qarşı kampaniya aparan qüvvələr-ölkələr də maraqlı tərəfdir.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …