Azərbaycanlı fəal övladına uzun müddət mübarizədən sonra Hunay adına doğum şəhadətnaməsi aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal bir il gərgin mübarizə nəticəsində nəhayət dünən azyaşlı övladına Hunay adı ilə doğum haqqında şəhadətnamə ala bilib.

Ötən il Sufian şəhərində rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinə çağırıldıqdan sonra molla rejimin qüvvələri tərəfindən həbs edilən və 80 gün zindanda həbsdə saxlanılan azərbaycanlı milli fəalı Murtuza Nurməhəmmədi aylarla davam edən səylərdən sonra övladı Hunaya şəhadətnamə ala bilib.

Azərbaycanlı milli fəal ötən il övladının adının elektron qeydiyyata alınmamasından sonra sosial media hesabında paylaşım edərək, telefonuna qeydiyyat idarəsindən bu adı seçməməsi ilə bağlı mesaj gəldiyini bildirib.

Qeyd edək ki, paylaşımından 10 gün sonra Sufian şəhərinin Qeydiyyat idarəsinə çağırılan Nurməhəmmədi repressiv qüvvələr tərəfindən tutulub. O, 2023-cü il dekabrın 7-də isə zaminə buraxılıb.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …