Bazar ertəsi , İyun 15 2026
azfa

GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti sayın Mikayil bəy Oytanın “Media Turk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta “Media Turk TV”-də “İran Azərbaycanla sərhədə divar çəkir? -General açıqladı” mövzusunda çıxış edib.

Sayın Mikayil bəy Oyta həmin proqramda çıxışında həmçinin Təbrizdə yeniyetməlik illərindən mübarizəyə qoşulması, yaranan çətin şəraitə görə Avstraliyanın Sindney şəhərinə mühacirət edib və orada öz mübarizəsinə davam etməsi, Avstraliyada davamlı olaraq erməni lobbisinin anti-Azərbaycan və anti-türk hərəkətlərinə qarşı mübarizəni davam etdirməsi, son günlərdə Türkiyədə Beynəlxaql Türk Sempozuimuna dəvətlə qatılması, eyni zamanda Norveçdə COP29-la bağlı tədbirə qatılıb və orada norveçli tədbir iştirakçısının Azərbaycana qarşı çıxışına kəsin cavab verməsi və Güney Azərbaycanda milli hərəkatın vəziyyəti və s. məsələlərdən danışmışdır.

Sayın Mikayil bəyin çıxışının videosuna baxa bilərsiniz:

Həmçinin yoxlayın

Ərdəbildə toy məclisinə görə şadlıq sarayı möhürləndi, sahibi saxlanıldı

GADTB: Ərdəbil şəhərinin prokuroru bu şəhərdə fəaliyyət göstərən bir şadlıq sarayının “qarışıq toy mərasimi keçirilməsi” …

BMT: İran hakimiyyəti ilin əvvəlindən bəri təhlükəsizlik ittihamları ilə azı 40 nəfəri edam edib

GADTB: Volker Türk bildirib ki, İran hakimiyyəti 2026-cı ilin əvvəlindən indiyədək “milli təhlükəsizlik”lə əlaqələndirilən ittihamlar …