Çərşənbə , İyul 8 2026
azfa

Molla rejimi sürətlə Azərbaycan mədənlərini talayır; son 7 ayda Süngün Mis Mədənindən hasilat qat-qat artıb

GADTB: irqçi fars-molla rejimi Azərbaycan mədənlərini talamağa davam edir. Süngün Mis Kompleksinin rəisi Məhəmməd Cəfər Ozmayi son 7 ayda Süngün Mis Mədənindən rekord həddə mədən materialı çıxarılıb.

Ozmayi deyib: “Bu ilin yeddi ayı ərzində Süngün mis kompleksində hasilat həcmi 38 milyon tona çatıb ki, bu da bu kompleksin fəaliyyətinin tarixində görünməmiş bir göstəricidir və bu ötən ilin eyni dövrü ilə müqayisədə 33% artım deməkdir”.

“İstehsal rekordlarının artması molibdeni də əhatə edir və bu strateji məhsul istehsalı əvvəlki illə müqayisədə 21% artaraq 1900 tona çatıb” – Ozmayi əlavə edib.

Qeyd edək ki, Vərziqandakı Süngün mis mədəni Yaxın Şərqin ən böyük mis mədənidir və İranda hasil edilən misin 60%-i bu nəhəng mədənin və Azərbaycandakı ehtiyatların payına düşür. Ancaq Azərbaycan bu istehsalatdan özünün ədalətli payını ala bilmir və Azərbaycanın sərvətləri İranın mərkəzi fars bölgələrinin iqtisadi inkişafı üçün talanır.

Bundan əvvəl Təbrizdən olan millət vəkili Əhməd Əlirza Beyqi İran hakimiyyətinin Azərbaycanda mis zavodunun yaradılmasına mane olduğunu və Azərbaycanın Süngün mis mədənini talan etdiyini bildirərək: hər gün Süngündən, Azərbaycandan 2 milyon dollar dəyərində 1000 ton konsentrat aparıldığını demişdi.

Həmçinin yoxlayın

ABŞ Maliyyə Nazirliyi İran nefti və neft-kimya məhsullarının satışına verilmiş icazəni ləğv etdi

GADTB: ABŞ-ın Maliyyə Nazirliyi iyulun 7-də açıqlayıb ki, İrana neft və neft-kimya məhsullarını satmağa imkan …

SENTKOM İrana yeni hücum dalğası barədə məlumat verdi; Hörmüz boğazında ticarət gəmilərinə hücumlara cavab olaraq 80-dən çox hədəf vuruldu

GADTB: ABŞ Mərkəzi Komandanlığı (SENTKOM) yaydığı video ilə ABŞ qüvvələrinin İranda yeni hücum əməliyyatları mərhələsini …