Çərşənbə , Oktyabr 21 2026
azfa

Molla rejimin İnqilab Məhkəməsin günahsız həbs edilən “Mahmud Ocaqlu”nun şərti azadlığa buraxılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin həbsxanasının 4-cü palatasında həbsdə saxlanılan Azərbaycan Milli Hərəkatının fəalı Mahmud Ocaqlu ailəsi ilə telefon danışığı zamanı Tehran İslam İnqilab Məhkəməsində onun şərti azadlığa buraxılmasına qarşı olduğunu bildirib.

Bundan başqa, fəalın ailəsi 2 milyard tümən girov ödəyə bilmədiyi üçün cənab Ocaqlunun məzuniyyət tələbi ləğv edilib.

Mahmud Ocaqlu, Tehran Əyalətinin Apellyasiya Məhkəməsinin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin qərarına görə o, “toplanmaq və əlbir olmaq”da, “İran İslam Respublikası əleyhinə təbliğat”da, “Azərbaycan Milli Hərəkatına üzv olmaq”da ittiham olunub.

Qeyd edək ki, fəal həbsdə olduğu müddətdə onun vəkili və ailə üzvləri ilə görüşməsinə imkan verilməyib.

Mahmud Ocaqlu ana dili hərəkatının fəallarındandır və 2014-cü ildə də ana dili ilə bağlı mədəni fəaliyyətinə görə həbs edilmişdi.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …