Bazar ertəsi , Sentyabr 28 2026
azfa

İşğalçı Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə Azərbaycanı hədələyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə razılaşması var və bu yerinə yetiriləcək.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər nazirinin müavini Armen Papikyan deyib. Nazir yenidən Azərbaycanın guya Naxçıvan istiqamətində sərhəd xəttini dəyişməyə cəhd etdiyini qeyd edərək, İrəvanın buna hazır olduğunu deyib:

“Əgər siz KTMT-nin nə etməli olduğunu soruşursunuzsa, mən buna cavab verməkdə çətinlik çəkirəm. Lakin razılaşma və icra edilməli müəyyən maddələr var”.

Qeyd edək ki, son günlər Ermənistan tərəfi Naxçıvanla bağlı aktivliyini artırıb. Naxçıvan istiqamətində Azərbaycanı provokasiyaya çəkməyə çalışan İrəvan Azərbaycanın guya bu istiqamətdə hərbi aktivliyi barədə informasiya yaymağa başlayıb.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Bir cavab yazın