Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Tanınmış azərbaycanlı faəl Abbas Lisani Qərbi Azərbaycanla bağlı açıqlama verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı faəl Abbas Lisani Qərbi Azərbaycan mühacir və terrorçu kürdlərin molla rejiminə alət olub, problem yaratmaları ilə bağlı açıqlama verib.

O, Güney Azərbaycanın qərb bölgəsində aparılmalı olan işlərə toxunaraq, deyib: “Qələbələrimiz imanımız, səyimizi, dürüstlüyümüz və birliyimizə görə reallaşdı və uğursuzluqlarımıza görə hamımız cavabdehik.”

Təbriz, Urmiya, Xoy, Sulduz, Xiyav (Meşginşəhr), Əhər, Ucan (Bostanabad), Muğanşəhr (Parsabad) şəhərlərindən çoxlu sayda Azərbaycan Milli Hərəkat fəallarının iştirak etdiyi bu toplantı Abbas Lisaninin evində keçirilib.

Abbas Lisani fəalların soruşduğu suallara cavab olaraq deyib: “Mən son parlament seçkilərində Azərbaycan xalqına müraciət edərək Qərbi Azərbaycandan başqa Azərbaycanın digər yerlərində əhalinin seçkiləri boykot etməsini bildirmişdim”.

Video:

https://t.me/GADTB1/38548

Həmçinin yoxlayın

“İran nümayəndə heyəti” ABŞ-la diplomatiyanı bərpa etmək üçün tam səlahiyyətlərlə Nyu-Yorkdadır

GADTB: İran İslam Respublikasının yüksək vəzifəli rəsmisi çərşənbə axşamı, 22 sentyabr 2026-da Reuters-ə bildirib ki, …

İsrail İranla gərginliyin yenidən artması ehtimalına hazırlaşır: “Vəziyyət nəzarətdən çıxa bilər”

GADTB: İsrail mediasının yaydığı məlumatlara görə, Vaşinqtonla Tehran arasında danışıqların nəticəsiz qalmasından sonra ölkənin təhlükəsizlik …