Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Türkiyə Milli Müdafiə Nazirliyi Suriya hadisələri ilə bağlı açıqlama yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk Suriya hadisələri ilə bağlı açıqlama yaydı.

O deyib ki, Hələb bölgəsində müxalif qrupların başlatdığı fəaliyyətlər və bununla bağlı hadisələr Suriyanın ərazi bütövlüyü əsas götürülərək terrorla mübarizəyə verdiyimiz əhəmiyyət və prioritet çərçivəsində yaxından izlənilir.

“Bölgədə sabitliyin qorunması üçün qoşunlarımız tərəfindən bütün lazımi tədbirlər görülür. Prosesin əvvəlindən regiondakı həmkarlarımızla sıx əməkdaşlıq və koordinasiya davam edir”, – Z.Aktürk bildirib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …