Şənbə , Oktyabr 17 2026
azfa

ABŞ İranın nüvə silahı əldə edə bilməsindən narahatdır

GADTB: Biz həmişə açıq şəkildə bildirmişik ki, Prezident Co Bayden heç vaxt İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək, ancaq Tehranın bu silahı əldə etmək cəhdləri barədəki ehtimaldan hələ də narahatıq.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Aydındır ki, bu, çoxdan narahat olduğumuz məsələdir və bunu uzun müddətdir izləyir, müttəfiqlərimiz və tərəfdaşlarımızla koordinasiya edirik”, – o əlavə edib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın Milli Kəşfiyyat İdarəsi öz hesabatında bildirib ki, Tehran hələ nüvə silahı istehsal etməyib, ancaq tez bir zamanda nüvə silahı istehsal etmək mərhələsinə çata biləcək addımlar atıb.

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …