Çərşənbə , May 6 2026
azfa

Molla rejimin Evin zindanında həbsdə saxladığı azərbaycanlı fəallar tibbi yardımdan məhrumdurlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Evin zindanında həbsdə saxladığı azərbaycanlı fəallar tibbi yardımdan məhrumdurlar. Azərbaycanlı fəalların fiziki durumunun əlverişsiz olmasına baxmayaraq, onlar lazımi tibbi yardımdan və lazım olan dərman preparatlarından məhrumdurlar.

Ayaz Seyfxah, Babək Hacızadə və Araz Amanın şiddətli soyuqdəymə səbəbindən fiziki vəziyyətinin pis olduğu, hətta Arazın qızdırmasının kəskin şəkildə yüksəldiyi və ehtiyacı olan dərmanları almaqdan məhrum olduğu bildirilir.

Prostat vəzi xəstəliyindən əziyyət çəkən, onurğa, əl və dizlərində problem yaşayan digər azərbaycanlı fəal Tahir Nəqəvi də lazımi müalicədən məhrum qalmağa davam edir.

Həmçinin, bel diski və yırtıq xəstəliyindən əziyyət çəkən Mürtəza Pərvin həbsxana rəhbərliyinin vədlərinə baxmayaraq, hələ də lazımi müalicəni ala bilmir.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkətləri yeni texnologiyaları təqdim edəcək

GADTB: SAHA 2026 tədbirində bəzi texnologiyalar ilk dəfə geniş şəkildə nümayiş etdiriləcək. Türkiyənin PUA istehsalçısı …

Tramp: İranda xalq üçün çoxlu silah göndərmişdik

GADTB: ABŞ prezidenti Donald Trump Amerikanın “Salem” adlı xəbər şəbəkəsinə müsahibəsində İranda xalqa silah göndərildiyini, …