“Əsli və Kərəm” dastanının “Hekayəti-Kərəm” adlı əlyazması kitab halında çap edilib

GADTB: “Hekayəti-Kərəm” yazılı dastan abidəsi” adlı kitab çap olunub.

Kitabın müəllifi Filologiya üzrə Fəlsəfə doktoru, dosent Əli Məmmədbağıroğlu, redaktoru Mahnur Kərimova, rəyçi Kamil Allahyarovdur.

Kitabda Azərbaycan şifahi xalq ədəbiyyatında çox məşhur olan “Əsli və Kərəm” dastanının “Hekayəti-Kərəm” adı ilə əlyazmaya köçürülmüş, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan yeganə nüsxəsilə əlaqəli aparılmış elmi-paleoqrafik, filoloji tədqiqat və əlyazma abidəsinin mətni əski əlifbadan çağdaş Azərbaycan əlifbasına transfoneliterasiya edilməklə ilk dəfə oxuculara təqdim olunur. 1867-ci ildə köçürülmüş dastanın bu yazılı variantı Azərbaycanın görkəmli maarifpərvər ziyalısı Hüseyn əfəndi Qayıbova məxsus əlyazma məcmuəsində dövrümüzə gəlib çatıb.

Yazılı dastan abidəsilə bağlı təqdim olunan araşdırma və dastanın transfoneliterasiya edilmiş mətni tədqiqatçılar, eyni zamanda geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …