Cümə , Noyabr 13 2026
azfa

Türkiyə Axıska türklərinin Gürcüstana qayıdışı üçün lazımi dəstəyi verməyə hazırdır

GADTB: Türkiyə XİN rəhbəri Hakan Fidan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransı zamanı bildirib  ki? “Axıska türklərinin öz vətənləri Gürcüstana qayıtmaları üçün lazım olan hər cür dəstəyi verməyə hazırıq”.

Qeyd edək ki, Gürcüstanın Axalsıx bölgəsindən olan türklər İkinci Dünya Müharibəsi dönəmində Stalin rejimi tərəfindən öz doğma el-obalarından qoparılaraq sürgün edilmişdilər. Bu sürgünlərin əsas məqsədi bölgəni türksüzləşdirmək və Rusiya imperializmini bölgədə möhkəmləndirmək idi. Axıska sürgününün ardınca 1948-1952-ci illərdə də Azərbaycan türkləri müasir Ermənistan ərazisindən sürgün edilmiş, Ermənistanda etnik hayların say üstünlüyünə çıxması üçün zəmin hazırlanmışdır.

Həmçinin yoxlayın

Molla rejimi Qəşqay türklərinin Qəşqay vilayətinin yaradılması tələbinə məhəl qoymur

GADTB: Qəşqay türklərinin Qəşqay vilayətinin bərpası və ya yenidən yaradılması ilə bağlı uzun illərdir davam …

Təbrizdə türkcə “Sallax” tamaşasının posteri təqdim olunub

GADTB: Əkbər Şəriətin müəllifi olduğu, Məhəmmədrza Qənbərinin quruluş verdiyi və Mehdi Səmsarinin prodüserliyi ilə hazırlanan …