Çərşənbə , Oktyabr 14 2026
azfa

Tramp administrasiyası İran vətəndaşlarının ABŞ-a girişini qadağan edəcək

GADTB: Donald Tramp administrasiyası onlarla ölkənin vətəndaşlarına geniş səyahət məhdudiyyətləri tətbiq etməyi düşünür.

Məlumata görə, bu plan həyata keçərsə, İran da daxil olmaqla 10 ölkənin vətəndaşları ABŞ-a ümumiyyətlə gedə bilməyəcək. Bildirilib ki, Amerika rəsmiləri 43 ölkə vətəndaşlarına geniş səyahət qadağası tətbiq etməyi nəzərdə tutur.

Qeyd edilib ki, ABŞ-a girişi qadağan ediləcək ilk 11 ölkə İran, Əfqanıstan, Butan, Kuba, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela və Yəmən olacaq. / Azad İran

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …