Cümə , Oktyabr 16 2026
azfa

Tramp İrana hərbi zərbə endirmək üçün Senatdan icazə istəyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tramp artıq İrana hərbi zərbə endirmək üçün lazımi hazırlıqları görür. Bu istiqamətdə Tramp Senatdan İrana hücum üçün icazə istəyib.

ABŞ prezidenti Donald Tramp Konqresə (Senat və Nümayəndələr Palatasına) İran hökumətinə hərbi hücuma çağıran məktub göndərib.

Donald Tramp, İranın nüvə proqramını milli təhlükəsizliyə təhdid kimi dəyərləndirərək, Tehrana qarşı hərbi zərbə endirmək üçün Senatdan icazə tələb edib.

Xamenei isə bildirib ki, “Amerikalılar bilməlidirlər ki, İranla qarşı-qarşıya qaldıqda heç vaxt təhdidlərlə heç nəyə nail ola bilməyəcəklər”.

İrana qarşı pis bir iş görənlərin, şiddətli bir sillə alacaqlarını vurğulayan Xameneyi bildirib ki, “münaqişəni İran başlatmayıb, ancaq düşmənə sillə vuracaq”.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …