Çərşənbə , Oktyabr 14 2026
azfa

Güney Azərbaycanın Traxtur komandasının yarışında milli şüarlar səsləndirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Traxtur komandası ilə Mələvanın yarışında milli şüarlar səsləndirilib.

Təbrizin Səhənd stadionunda Urmiya gölünün bərpası tələbilə poster nümayiş etdirilib və milli şüarlar səsləndirilib:

“Azərbaycan var olsun, istəməyən kor olsun!

Urmiya türkdür, türk qalacaq!

Yaşasın Azərbaycan!”

“Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” və s. milli şüarlar səsləndirilib.

Qeyd edək ki, İran Premyer Liqasının 27-ci həftəsinin oyunları çərçivəsində Rıbrizin “Traxtur” futbol komandası ilə Mazandaran əyalətinin Ənzəli şəhərinin “Mələvan” komandası qarşılaşıb.

Qarşılaşma yerli vaxtla saat 17:00-da Təbrizin Yadiqari İmam (Səhənd) stadionunda baş tutub.

Qarşılaşma 3-0 hesabı ilə Təbriz təmsilçisinin xeyrinə başa çatıb.

Bununlada 25 oyunda 58 xal qazanan “Traxtur” komandası turnir cədvəlində liderliyini qoruyub saxlaya, çempionluğa dahada yaxınlaşa bilib.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …