Bazar , Avqust 23 2026
azfa

Azərbaycanlı siyasi məhbus Həmid Qarahəsənli Xaməneini istefaya səslədi

GADTB: Yəzd şəhərinin həbsxanasında 15 illik həbs cəzasını çəkən azərbaycanlı həkim, siyasi məhbus Həmid Qarahəsənli İran rəhbəri Əli Xaməneiyə ünvanladığı açıq məktubda onu istefaya səsləyərək yazıb ki, bu gün ölkədə hakim olan yoxsulluğun, mövcud rəzalətin və ölkənin dağılmaq ərəfəsində olmasının səbəbkarı sənsən və buna görə də təcili hakimiyyətdən əl çək.

Həmid Qarahəsənli yazıb: “Zülm üzərində qurulan hakimiyyət dağılacaq, hakimiyyətinizin bu son günlərində tövbə edin və xalqdan üzr istəyin, baxmayaraq ki, bir çox günahlarınız bağışlanası deyil”.

Azərbaycanlı siyasi məhbus hər hası xarici gücün əhaliyə azadlıq bəxş etməyəcəyini deyib və xalqı birlikdə hərəkət edərək öz talelərini həll etməyə çağırıb: “Xarici qüvvələr bizə azadlıq versələr belə, onu istədikləri vaxt geri alacaqlar. Ona görə də, yalnız dinc, planlı və davamlı etiraz aksiyaları ilə tapdalanan hüquqlarımızı əldə etməliyik”.

Qeyd edək ki, Fərzanə Qarahəsənli və həyat yoldaşı Həmid Qarahəsənli 2022-ci ilin sentyabr ayında başlayan etiraz aksiyalarında hökumət məmurlarının öldürdükləri azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra həbs ediliblər.

Onlar, “Bəsic” (könüllülər ordusu) üzvü Ruhullah Əcəmiyanın öldürülməsindəki rolları ilə bağlı saxta ittihamla saxlanılıblar.

56 yaşlı rentgenoloq Həmid Qarahəsənli ilkin məhkəmədə edama məhkum edilsə də, sonradan barəsindəki hökm 15 il həbs cəzası ilə dəyişdirilib.

Onun 48 yaşlı həyat yoldaşı, laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsənli isə 5 il azadlıqdan məhrum edilib.

Hər iki məhbus istintaq dövründə işgəncələrə məruz qaldıqları üçün uzun müddət müalicə olunublar.

Həmçinin yoxlayın

Molla rejimi ordunun müdafiədən hücum doktrinasına keçdiyini bildirir

GADTB: İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki son hərbi əməliyyatlardan …

Molla rejimi husilərə yeni hərbi və texniki dəstək göndərir

GADTB: “Şeba Kəşfiyyatı” İranın Yəməndə hərbi və texniki mövcudluğunu gücləndirdiyini açıqlayıb. Məlumata görə, “Əbu Mustafa” …