Britaniyanın Henri Cekson İnstitutu: “Sepah terror təşkilatı kimi tanınmalıdır”

GADTB: Britaniyanın Henri Cekson İnstitutu Sepah-ın ölkənin milli təhlükəsizliyi üçün ciddi təhdid olduğunu vurğulayaraq, onun terror qruplaşması siyahısına daxil edilməsini istəyib.

Məlumata görə, institut Sepah-ı Britaniyada dini zorakılığı təbliğ etməkdə deyil, həm də cinayətkar dəstələrlə əməkdaşlıq edərək ölkədə öz müxaliflərinə qarşı casusluq etməkdə və onları hədələməkdə ittiham edib.

Hesabatın müəllifi Barak Siner vurğulayıb ki, hazırda Britaniya ərazisində Sepah ilə bağlı mərasim və tədbirlərin keçirilməsi zorakılığı təbliğ etmək, azlıqlara qarşı zorakılıq hərəkətlərini tərifləmək və ekstremizmi təbliğ etmək üçün zəmin yaradır.

Onun sözlərinə görə, buna səbəb bəzən sanksiya qanunları ilə Britaniyanın antiterror qanunları arasında mövcud olan ziddiyyətlərdir.

Henri Cekson İnstitutu 2025-ci ildə dərc edilmiş əvvəlki hesabata istinad edərək əlavə edib: “Sepah-a qarşı sanksiyaların tətbiqinə baxmayaraq, bu sanksiyalar çox vaxt tam və effektiv şəkildə həyata keçirilmir: “Ona görə də Böyük Britaniyanın 2000-ci il Terrorla Mübarizə Aktı təkcə daxili terrorizmi deyil, həm də beynəlxalq terrorizmi əhatə edəcək şəkildə şərh edilməlidir”.

Həmçinin yoxlayın

Əhalini acınacaqlı vəziyyətə salan İran Həsən Nəsrullah üçün dəbdəbəli məzar tikir

GADTB: “Əl-Cədid” telekanalı Hizbullahının keçmiş lideri Həsən Nəsrullah üçün on milyonlarla dollara dəbdəbəli məqbərə tikməyi …

Türkiyə siyasətçiləri, Türkiyə və Azərbaycan Klubları “Traktur”u təbrik etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin tanınmış siyasi xadimləri Traxtur komandasını, Güney Azərbaycanı …