Cümə axşamı , May 2 2024
azfa

Azərbaycanlı fəalların ədalətsiz məhkəmə qərarı olduğu kimi təsdiqləndi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimi Güney Azərbaycanda yerləşən Apelyasiya Məhkəməsinin 26-cı şöbəsi azərbaycanlı milli-mədəni fəallar Milad Əkbəri, Murtaza Pərvin və Əkbər Cahangiri barəsində çıxarılan ədalətsiz məhkəmə qərarını iyun ayının 7-də olduğu kimi təsdiqləyib.

Qeyd edək ki, rejimin Kəleybər şəhərindəki Məhkəməsi Milad Əkbəri, Murtaza Pərvin və Əkbər Cahangirini ədalətsizcəsinə “Babək qalası” mərasimində iştirak etdiklərinə görə, qanunsuz yığıncaqda iştirak edərək, qeyri-ənənəvi şüarlar səsləndirməklə guya ümumi asayişi pozmaqda günahlandırmışdır. Rejimin məhkəməsi çıxardığı qərarda həmin 3 nəfər azərbaycanlı fəalı 4 ay həbs və 40 şallaq zərbəsini əvəz edən nağd cərimə ödəməyə məhkum edib. Keçirilən Apelyasiya Məhkəməsi isə həmin ədalətsiz qərarı qüvvədə saxlayıb.

Azərbaycanlı fəallar məhkəmə prosesi zamanı müdafiə mətnlərini Azərbaycan türkcəsində yazmışlar. Aprelin 4-də Azərbaycan türkcəsində məhkəməyə təqdim olunan müdafiə mətnləri hakim tərəfindən qərəzli şəkildə “anlaşılmaz mətn” adlandırılmışdı.

Fəallar 2017-ci il iyunun 30-da Azərbaycanın milli qəhrəmanı Babək Xürrəmdinin ənənəvi ad günü mərasimi üçün Babək qalasına toplaşmışlar. Həmin üç fəalla yanaşı daha 10 nəfər yaxalanmışdı.

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəallar molla rejimin həbs etdiyi Əzimi Qədimin ailəsi ilə görüşüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir qrup azərbaycanlı milli fəal, o cümlədən Davud …

İran dövlət Radio-Televiziyasının Azərbaycandakı ofisi bağlanıb

GADTB: İran dövlət Radio-Televiziyasının Azərbaycandakı ofisi bağlanıb. Bu barədə İran Radio-Televiziya Təşkilatının rəhbəri Peyman Cəbəli …

Bir cavab yazın